İsti vannada uzun müddət qalmaq niyə təhlükəlidir?

5-01-2021, 05:04           
İsti vannada uzun müddət qalmaq niyə təhlükəlidir?
İsti su ilə vanna qəbul etmək yorğunluq və narahatlığı aradan qaldırmağa kömək edir.

“Report” xəbər verir ki, isti vanna qəbul etməyin təhlükəli tərəfləri də mövcuddur.

İsti vanna ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Odur ki, ürəyində problemi olanlar həftədə bir dəfədən çox olmayaraq və 10 dəqiqə ərzində isti vanna qəbul edə bilər. Prosedur zamanı çiyinlərinizə qədər suya batmaq məsləhət görülmür.

İsti su qan damarları genişləndirdiyindən insan bədəni enerji ilə dolur. Lakin bu həmişə belə olmur. Təzyiq həm qalxa, həm də düşə bilər. Bu vəziyyətdə olan insanda başgicəllənmə, ürək bulanması yaranır və nəticədə huşunu itirir. Odur ki, qan təzyiqi olan şəxslər də isti vanna qəbul edərkən ehtiyatlı olmalıdırlar.

İsti hamam həm qadın, həm də kişilərdə sonsuzluq yarada bilər. İsti vannalar hamilə qadınlar, həmçinin sistit və sidik-cinsiyyət sisteminin xəstəlikləri olan şəxslər üçün də təhlükəlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.