Yoluxmuş qadın koronavirusun ona yaşatdığı nadir və ağrılı simptomlarından danışıb - FOTO

5-01-2021, 03:27           
Yoluxmuş qadın koronavirusun ona yaşatdığı nadir və ağrılı simptomlarından danışıb - FOTO
Böyük Britaniyadan olan Felisiğa Kollinson koronavirusun ona yaşatdığı nadir və ağrılı simptomlarından danışıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Belə ki, 39 yaşlı qadının sözlərinə görə, qızdırma, öskürək və baş ağrısı kimi geniş yayılmış əlamətlərdən əlavə onda boyun şişməsi, göz ağrısı, başgicəllənmə, ürək bulanması, titrəmə də olub.

“Çənəmin altındakı vəzlər Frankenşteyninki kimi şişdi. Elə bil boynumun altında alma yarısı var idi. Dodaqlarım quruyub qabıqlayırdı. Gözlərimə qan toplanmışdı”, - deyə Kollinson bildirib.

O, xüsusən səkkizinci təcrid günündə özünü daha pis hiss edib. Qadın gah titrədib, gah qızdırması qalxıb, ürəyi bulanıb, hələ də şişkin olan boynu narahat edib və nəfəs darlığından əziyyət çəkib.

Onuncu gündə qadın özünü daha yaxşı hiss etməyə başlayıb. O, artıq yemək yeyə bilirdi. Ancaq bəzi simptomlar bir neçə həftə qalıb.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.