Bəzi qurumlarla vətəndaşlar arasında uçurum: - Cəzalandırılsalar, məsuliyyətlərini anlayarlar

6-01-2021, 10:17           
Bəzi qurumlarla vətəndaşlar arasında uçurum: -
Bəzi dövlət qurumlarının vətəndaşlar üçün əlçatmaz olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İnsanlar üzləşdiyi problemləri müvafiq orqanlara çatdıra bilmədiklərindən şikayətlənirlər.
Tanınmış vəkil Aslan İsmayılov bu gün Azərbaycanda vətəndaşların maddi durumlarının və sosial vəziyyətlərinin ağırlaşmasının səbəbini bir sıra dövlət qurumlarının fəaliyyətində görür. Aslan İsmayılov hesab edir ki, bu vəziyyət vətəndaşla hakimiyyət arasında əlaqələrin zəifləməsinə səbəb olur.
Sözügedən şikayətlə bağlı “MediaPost”a danışan milət vəkili Fazil Mustafa son vaxtlar dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxmaq üçün yaradılan qaynar xətlərin lazımi səviyyədə fəaliyyət göstərmədiyini deyib. Deputat bu problemin müəyyən qədər pandemiyadan qaynaqlandığını desə də, birbaşa qəbulların keçirilməməsinin də arxayınlıq yaratdığını söyləyib.
Fazil Mustafanın fikrincə, belə hallara qarşı cəza mexanizmi tətbiq olunsa, problem qısa müddətdə öz həllini tapa bilər.
Sosioloq Əhməd Qəşəmoğlu MediaPost TV-yə açıqlamasında məmurla əhali arasında qarşılıqlı əlaqənin ictimai siyasi vəziyyətə təsir göstərdiyini söyləyib. Ekspertin sözlərinə görə, belə vəziyyətin ümumi görülən işlərə kölgə salmaması üçün müvafiq addımlar atılmalıdır.
Daha ətraflı videoda:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.