Erməni "əfsanə"-lərinin miskin sonluğu - “Vanetsyanın muzdluları döyüşə girmədən qaçdı”

6-01-2021, 17:02           
Erməni "əfsanə"-lərinin miskin sonluğu -
İşğal edilmiş əraziləri əlində saxlamağa cəhd edən Ermənistan Qarabağ döyüşlərində Azərbaycan Ordusu qarşısında tab gətirmək üçün cəbhəyə nizami ordu ilə yanaşı polis, xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları və əcnəbi muzdlu döyüşçüləri də göndərmişdi.

Virtualaz.org bildirir ki, bu barədə “Caliber” layihəsinin “YouTube” hesabında paylaşılan videoda bəhs edilib.

Bundan əlavə, ölkədə özünü siyasi cəhətdən reklam etmək istəyən erməni siyasətçilər, daha doğrusu, “kreslo”suz qalan keçmiş hakimiyyət üzvləri orduya dəstək adı ilə bir sıra addımlar atıblarmış.

Bunlardan biri də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan olub. O, özünün vəsaiti hesabına Suriya və Livan ermənilərindən ibarət hərbiləşdirilmiş dəstə yaradıb. Çarəsiz vəziyyətdəki erməni ordusu isə onun köməyindən imtina etmək iqtidarında olmayıb və Vanetsyanın quldur dəstəsinə müdafiə üçün ən vacib istiqamətlərdən biri sayılan Şuşa ətrafındakı vacib yerlərdən biri – Şuşikənd verilib.

Lakin Azərbaycan xüsusi təyinatlılarının Şuşaya gedən yolu üzərində olan Şuşikənddə maraqlı anlar yaşanıb. Belə ki, Vanetsyanın dəstəsi elə ilk atəş səsini eşidən kimi silahı, maşınları və sursatı qoyaraq qaçmağa başlayıb.

Sözügedən hadisə isə erməni ordusunun “əfsanəvi” döyüş ruhunun əsl təcəssümü olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.