44 günün savaş dərsləri - Səxavət Məmməd yazır...

8-01-2021, 06:34           
44 günün savaş dərsləri - Səxavət Məmməd yazır...
Çox sadə, orta məktəblərdə hərbi hazırlıq səviyyəli, ancaq ordumuz üçün çox problemli bir məsələ barədə.
Artıq hər birimizə məlumdur ki, ən çox itkini (şəhid, yaralı) qarşı tərəfin minaatanları nəticəsində vermişik.
Yaralanmış şəxslərin yaralarının yerinə baxın, minaatan mərmisindən yaralananları sorğulayın. Sual verin, mərmi gələrkən hansı vəziyyətdə uzandınız? 60 mm minaatanlar səsiz olur. Onun dağıdıcılıq qabiliyyəti də çox az olur. Ancaq 82 və 120-lik minaatanların mərmisindən qorunmaq üçün lazımi saniyələr olur. Özümün şahid olduğum və söhbətlərdən anladığım bir şey var. Hərbçilərimiz demək olar özlərini ya necə gəldi yerə atıblar, ya da çox anlamsız qorunublar.
Əslində necə olmalıdır? Çox sadə, mərmi və qumbara atılarkən dabanlar təhlükə istiqamətinə bitişik, ayağın iç hissəsi yerə yapışıq, ağzı üstə uzanmaq lazımdır. Dabanlar ona görə bitişik ki, qəlpə ayağın ara hissəsindəki damarları kəsməsin. Bu halda ancaq dabandan yara almaq olar. Fikrim dərs vermək deyil.
Gələk bu sadə şeyə əməl edilməməsinə.
Azərbaycan ordusunda son dərəcə primitiv, ancaq həyati əhəmiyyət daşıyan bu məsələ öyrədilir? Mənim gördüyüm və bildiyim bunu cəza kimi tətbiq edirlər. Sıranın önündə olan komandir, fərqi yoxdur, zabit, gizir, MAXE əsəbi olanda, döyüşə, havadan hücum, mərmi sağdan, mərmi soldan deyir. Əsgərlər gah sağa özlərin atar, gah sola. O sıranın qarşısında duran birinə əmrin düzgün edilib, edilməməsi heç maraqlı da deyil. Əsas odur hirsi çıxsın, cəza versin. MAXE və gizirləri başa düşdük, gördükləri odur. Bəs zabitlər? İnandırım ki, onlara da bunu cəza kimi tətbiq ediblər. Psixoloji cəhətdən hərbçinin beynində bu həyat qurtaracaq bir hərəkət kimi yox, cəza kimi qalır və nəticədə buna əməl etmir. Mən də belə görmüşdüm. Türkiyədə təlim zamanı bunu öyrədib, təlimini keçəndən sonra aşılamaq üçün hətta yeməkxanada, stres atmaq üçün oyun oynayarkən belə səs bombası atırdılar.
Çox primitiv şeydir. Ancaq düzgün aşılansaydı bilirsiniz itki sayı nə qədər az olardı?
Təhsil.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.