Dolların çöküşü başlayır? - Video

8-01-2021, 07:10           
Dolların çöküşü başlayır? - Video
Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərindən sonra ölkədə artan siyasi qeyri-sabitlik və son olaraq baş verən iğtişaşlar, silahlı toqquşmalar dolları da risk altına salıb.

Teref.az xəbər verir ki, ekspertlərin fikrincə, digər valyutalarla müqayisədə artıq dollar dəyərdən düşməyə başlayacaq. Çünki iqtisadi çöküş koronavirus infeksiyası Amerikaya kök salandan başlayıb. Son hadisələr isə bu prosesi daha da sürətləndirəcək.

ABŞ-da baş verən siyasi gərginlik ölkənin iqtisadiyyatına, xüsusilə milli valyutaya ciddi təsir edəcək.

İqtisadi-siyasi məsələlər üzrə ekspert Turab Rzayev Xəzər TV-yə deyir ki, ölkədəki siyasi qeyri-sabitlik dolların məzənnəsinə də təsirsiz ötüşməyəcək. Onsuz da zəifləməkdə olan bu valyutanın nüfuzu bundan sonra daha da azalacaq.

Daha ətraflı videoreportajda:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.