Həbibbəyli və Quliyev I vitse-prezident vəzifəsindən getdi

9-01-2021, 06:07           
Həbibbəyli və Quliyev I vitse-prezident vəzifəsindən getdi
Yanvarın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub.

Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti, akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

Qeyd edək ki, AMEA-da iki birinci vitse-prezident və 5 vitse-prezident vəzifəsi vardı. Birinci vitse-prezidentlər İsa Həbibbəyli və İbrahim Quliyev, vitse-prezidentlər isə Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Nərgiz Paşayeva, Dilqəm Tağıyev idi.

İndi isə bir birinci vitse-prezident (Dilqəm Tağıyev), 6 vitse-prezident (İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Nərgiz Paşayeva) vəzifəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru