Tehranın ABŞ və İsraillə əlaqələrinin çox da uzaq olmayan keçmişi…

9-01-2021, 11:11           
Tehranın ABŞ və İsraillə əlaqələrinin çox da uzaq olmayan keçmişi…
Və yaxud rəsmi Tehranın ABŞ və İsraillə əlaqələrinin çox da uzaq olmayan keçmişi…

Dünənin gizli müttəfiqləri bu gün nədən düşmənə çevrildilər?

Hazırda dünya mediasının əsas gündəmindən biri odur ki, ABŞ və İsrail tandemi İrana hücum etməyə hazırlaşır. Hansı ki, Şah Rza Pəhləvinin zamanında İran İsrailin müttəfiqi və bölgədəki gözətçisi idi. İran kəşfiyyatı SAVAK-a İsrail kəşfiyyatı Mossad təlim keçirdi. Maraqlıdır ki, İsrail və ABŞ sonradan niyə vaz keçdi?

Bəllidir ki, ABŞ 1979-cu ildə Şahın devrilməsinə rəsmən göz yumdu. Hətta Şah dövrünün İran Hava Qüvvələrinin komandanı, general Amir Hüseyn Rabii Xomeyni hökuməti tərəfindən edam edilmədən öncə baş tutan məhkəməsində onun yanında olacağını söyləyərək, Şaha xəyanət edən NATO baş komandan köməkçisi general Robert E. Huyser barəsində belə demişdi: “Şahı bir siçanı atar kimi İrandan atmışdır”.

1979-cu ildə “İslam inqilabı” baş tutan zaman rəsmi Tehran İsraili tanımadığını elan etdi, əslində isə pərdə arxasında gizli əlaqələrin möhkəm təməllərini qoydular…

Xomeyninin İranda hakimiyyətə gəlməsinə ABŞ-dan çox İsrail can atırdı. Xomeyni dönəminin başında İranda çalışan ABŞ şirkətləri fəaliyyətini dayandırdı. Bu şirkətlər içində Northrop, Lockheed Martin, Bell, General Motors, Dupon de Nemur, Bechtel Corporation, Grumman Aerospace Corporation və s. var idi. Xomeyni ABŞ-İsrail siyasətini onlar istədiyi kimi yönəldəcəkdi. Hətta İranda “İslam inqilabı” adlandırılan Xomeynini – molla kastasını hakimiyyətə gətirmək prosesi birbaşa İsraillə dəstəkləndi, həmçinin Mossad agentlərinin iştirakı ilə…

Bundan başqa, Mossad-Xomeyni əlaqəsini ABŞ-ın ən yaxşı Yaxın Şərq mütəxəssislərindən olan siyasi ekspert və jurnalist Mayk Evans “Jimmy Carter” adlı kitabında belə deyir: “Xomeyniyə qarşı düzənlənən sui-qəsdi Mossad, İran hərbi attaşedi Yitzhak Segev vasitəsilə Xomeyninin adamlarına bildirmişdi. Sui-qəsdin ortaya çıxmasından sonra general Amir Hüseyn Rabii inqilabçılar tərəfindən edam edildi”.

Daha sonra İran-ABŞ-İsrail yaxınlığı tarixə “İRANGATE” qalmaqalı ilə düşdü. Əməkdaşlıq 1980-1988-ci illərdə baş tutmuş İran-İraq savaşından Tehranı hərbi təchizatla təmin edərək qalib çıxardı. İranın vurmaq istədiyi Osirak nüvə obyektini İran ilə İsrailin arasında əldə edilən razılaşmalar nəticəsində İsrail vurmuşdu. “Müqəddəs ittifaq” özünü inqilabdan sonra da göstərirdi. ABD prezidenti Jimmy Carterın kəşfiyyat və dövlət təhlükəsizlik müşavirlərinə dörə 1980-ci il ABŞ seçimlərindən əvvəl, Mossad və bəzi CIA rəsmiləri Tehrandakı səfirlikdə girov alınan əməkdaşların sərbəst buraxmamasının əvəzində Xomeyni rejiminə qeyri-qanuni silah satmışdı. Bunun səbəbi o idi ki, girovların azadlığa buraxılmaması ilə seçimdən əvvəl Karterin imici zərbə altında qalacaq və Karter seçimləri qazana bilməyəcəkdi. Bu gizli anlaşmaya görə, Karter seçimi qazansa dagirovlar 1981-ci il yanvara qədər azadlığa buraxılmayacaqdı. ABŞ-ın Tehran səfirliyinin inqilabçı tələbələr tərəfindən hücuma uğraması və əməkdaşların 444 gün girov kimi saxlanılması Xomeyni hökumətinin İran ilə CIA arasında razılaşdırılmış gizli anlaşma idi. Karterin getməsi Xomeynini də işinə yaradı, ABŞ-ın yəhudi lobbilərinin də. İsrail milyard dollarlıq ABŞ istehsalı hərbi təchizatları və silahların yedək parçalarını 1979-cu il inqilabından əvvəl İrana satdı. “EIR Investigation” nəşrində yer alan Xomeyni-Mossad əlaqəsi o zamanın ABŞ qəzetlərində ifşa olunmuşdu. Elə həmin dəlillərə görə Argentinaya aid yük təyyarəsi 1981-ci ildə İsrail və İran arasındakı silah anlaşmasının nəticəsində Tehrana 27,9 milyon dollarlıq ABŞ istehsalı hərbi avadanlıq və silah təslim etdi (Schenectady Gazette, $ 27.9 M Cargo of U.S. Arms From Israelis to Khomeini Reported on Downed Plane, July 27, 1981). İsrail silah şirkətləri, İsrail Müdafiə Nazirliyinin icazəsi ilə 1980-1993-cü illər arasında İrana yüz milyonlarla dollarlıq silah və modern hərbi təchizat satmışdır. İsrail ilə İran arasındaki iri silah ticarətinin, Xomeyni dönəmində İran-İraq savaşının ardınca başlamış və 1997-ci ilə qədər sürmüştür. ABŞ-ın o vaxtkı xarici işlər naziri George Shultz İsrailə İrana silah satışı barədə xəbərdarlıq etmişdi. 1986-cı ildə Reyqan administrasiyasının, Konqressin qərarlarının əksinə olaraq Livandakı ABŞ-lı girovların xilas edilməsinin əvəzində İrana gizlicə silah satdığı ortaya çıxdı.

İranın “şeytan” ABŞ-la əməkdaşlığını daha aydın göstərmək üçün Əfqanıstanda “müqəddəs ittifaq”ın nələrə imza atdığından danışaq. İranda cumə namazlarının ardınca “Məhv olsun Amerika” şüauları səslənərkən, bu iki ölkə Əfqanıstanda Talibana qarşı iş birliyi etdi. İran Talibana qarşı ABŞ-a kəşfiyyat dəstəyi verdi. Bu işbirliyi tarixə “2001 Herat üsyanı” kimi keçdi. Əfqanlstanda Talibanın qarşısında Şimal İttifaqı qurulduğunda, ittifaqın ən böyük dəstək qaynağı İran idi. ABŞ güçləri 7 oktyabr 2001-ci ildə Əfqanılstanın işğalına rəsmən başladıqda, Taliban qarşısında quru gücü İran tərəfindən aktifv şəkildə dəstəklənən Şimal İttifaqı idi. Bu dönəmdə İranın rolunu daha sonra İranın prezidenti Mahmud Əhmedinejad etiraf edəcəkdi…

İranın Əfqanıstandakı gücü Herat şəhərində idi. 12 noyabr 2001-ci il şəhər ABŞ, İran və İngiltərənin ortaq həmləsiylə baş tutan üsyan nəticəsində Şimal İttifaqı tərəfindən ələ keçirildi. Heratda üsyanı təşkil edən və Talibana qarşı ittifaqa dəstək verən adlardan biri də 2020-ci ildə ABŞ-ın sirli şəkildə yoxa çıxardığı Qasım Süleymani idi. Nəticədə Taliban sıralarında savaşan çok sayda ərəb və çeçen döyüşçü əsir alındı və aqibətləri naməlumdur.

ABŞ-ın 2003-cü ildə İraqa “demokratikləşdirmə” bəhanəsiylə müdaxiləsi, ölkədəki İran tərəfdarı şiə qrupların güclənməsinə yol açdı. Səddamın zamanında sünni dövləti olan İraq İranın nüfuz dairəsinə daxil olan şiə peyk dövlətinə çevrildi. İsrail şah dönəmində 1976-cı ildə İranın nüvə proqramını hazırladı. ABŞ nüvə çalışmaları başlatması üçün müqavilələri Henry Kissinger ilə Tehrana göndərmiş, şah ilə razılaşdırılmadan sonra nüvə stansiyaları qurulmağa başlamışdı. Sonra onlar Xomeyninin əlinə keçdi. İsrail hər zaman bu nüvə çalışmalarına əl altdan dəstək verdi. Bəs İsrailin böyütməyə çalışdığı bu İran kimə düşmən olacaq?

2012-ci ildə İsrail İranın Yaxın Şərqdəki bütün düşmənlərini zərəsizləşdirdi. Bunun qarşısında isə ABŞ İsrail və İrana “əks addım və əks-tədbir” olaraq Türkiyəni dəstəklədi. İsrail İranı böyütməkdə, Amerika isə İrana qarşı “kozırlarını” Türkiyə üzərindən oynamaqda idi. Ta ki, Ərdoğan hökuməti FETO şəbəkəsini tərk-silah edincəyə qədər. Suriya məsələsi Türkiyə ilə İranı burun – buruna gətirdi. ABŞ və İsrailin Kürdüstan projesinin xəyalını və sərhədlərini xəyal edirilər. İran da İsrailin istədiyi Kürdistanı dəstəkləməkdədir. Hətta Cənubi Azərbaycanın Urmiya bölgəsini də “kürdləşdirməkdədir”. Bəs Yaxın Şərqdə çıxmaqda olan savaşda ABŞ-İsrailin gizli müttəffiqi olan İranın hədəfi kim olacaq? Körfəz ölkələri və Türkiyə…

Qəribədir ki, bu yaxınlarda İrana qarşı tətbiq olunmuş silah embarqosunu BMT ləğv etdi. Embarqonun bitməsinə bir müddət qalmış Moskvadan Tehrana S-400 sata biləcəyi siqnalı gəlmişdi. Ardınca son günlərdə İranın uranı 20 faiz zənginləşdirməyə başladığı haqda açıqlaması gəldi. İranın bu silaha malik olması üçün ən ideal variantı Ermənistandakı atom stansiyasının tullantılarından əldə olunmuş material ola bilər. İsrail baş naziri Netanyahu İranın bu imkana sahib olmağa imkan verməyəcəyini deyib. Bəs İran artıq bu silaha malik olduğunu açıqlasa nələr baş verə bilər?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.