Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşüb – FOTO

10-01-2021, 12:47           
Şuşaya döyüşməyə gəlmiş livanlı qadın itkin düşüb – FOTO
44 günlük müharibə dövründə Ermənistan tərəfindən Qarabağa xeyli sayda muzdlu döyüşçünün gətirilməsi barədə kifayət qədər sübutlar var. Lakin ermənilər real faktları inkar edərək, hər vəchlə bu xəbərləri danırlar.

Artıq müharibə bitib və xaricdə yaşayan ermənilər indi qapı-qapı gəzərək öz itkinlərini axtarırlar.

Teref.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində itkin düşməsi barədə məlumat paylaşılan xarici ölkə vətəndaşlarından biri Maral Nadjaryandır. O, həyat yoldaşı ilə birlikdə Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Livandan Qarabağa gəlib.

Məlumata görə, Nadjaryan Şuşa şəhərində itkin düşüb.

“Fotodakı şəxs livan ermənisi Maral Nadjaryandır. O, Şuşada itkin düşüb. Ehtimal edilir ki, hazırda əsirdir. Müharibə vaxtı Maral “vətəni” xilas etmək üçün Qarabağa gəlib. Evin kişisi düşmən tərəfindən öldürülüb, Maral isə itkin düşüb”, – deyə Armin Danielyan adlı erməni bildirib. /Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru