Koronavirusu yüngül keçirənlər xroniki xəstə hesab edildi
11-01-2021, 10:33

Belçika və Hollandiyadan ibarət bir qrup mütəxəssis bəyan edib ki, yeni növ koronavirusu yüngül formada keçirmiş hər 3 nəfərdən birinə xroniki koronavirus infeksiyası diaqnozu qoyulmalıdır. 1837 nəfərin tibbi göstərişlərini araşdıran həkimlər bu qərara gəliblər ki, xəstəlikdən sağaldıqdan 3 ay sonra belə onların hamısı əzələ zəifliyi, yuxu pozuntusundan şikayət ediblər. Araşdırmaların nəticəsi MDPI elmi jurnalında dərc edilib.
Mirrorun məlumatıa görə, Britaniya və ABŞ-da aparlan tədqiqatlar da belə deməyə əsas verib ki, xəstəlikdən sağaldıqdan sonra pasiyentlər bir ay ərzində diqqətlərini cəmləməkdə, ürək və böyrək ağrılarından əziyyət çəkirlər.
Virusu yüngül formada keçirənlər həmçinin huşunu itirmə, insult və qıcolma kimi şikayətlər edirlər. Bir çoxları normal həyat ritminə geri dönə bilmədiklərini söyləyirlər.
Tokionun Hirahata klinikasının baş həkimi Koyti Xiraxatu bildirib ki, xəstəlikdən sonrakı fəsadlar xəstəliyin özündən qorxulu ola bilər: “Bu xəsətəlik daxili orqanlarla yanaşı, ağır autoimmun xəstəliklərə də səbəb ola bilr. O Qiyen- Barre sindromunun yaranmasına da gətirib çıxara bilir. Bu o deməkdir k, insanın immun sistemi öz periferik əsəb sistemini sıradan çıxarır.
Xəstəlikdən sağalanların 87 faizi depressiyadan, 83 faizi beyindəki dumandan şikayətlənirlər. Qalıcı baş ağırısı, bədəndə ağrılar, yuxusuzluq, iştahsızlıq, saç tökülmələri kimi əlamətlər də müşahidə olunub. Xəstəlik ümumilikdə bütün əzələ sisteminə mənfi təsir göstərir.bizimyol