Tarixdə bu gün...

17-02-2021, 10:03           
Tarixdə bu gün...
17 fevral 1908-ci il...
Tehran şəhərində “Erməni Milli Şurası” fəaliyyətə başlayır.

17 fevral 1916-cı il...
Ermənilər Urmiyada, Xoy şəhərində və digər ərazilərdə müsəlman əhalini qırır, evlərini talayır, onların mal və namusuna təcavüz edirlər. Bazarlarda və küçələrdə quduzlaşmış quldurlar müsəlmanları təhqir edir, onları soyaraq pullarını əllərindən alır, hətta nümayişkəranə şəkildə öldürməkdən də çəkinmirdilər.
Boğaza yığılan mülki vətəndaşlar üsyan etmək istəsələr də, şəhər hakimi İclalülmülk üsyanın qarşısını almağa çalışır...

17 fevral 1918-ci il...
Andranikin başçılıq etdiyi erməni yaraqlıları Türkiyənin Təpəköy kəndində yaşına və cinsinə baxmadan bütün dinc əhalini qətlə yetirirlər...

17 fevral 1918-ci il...
Erməni zabitləri – polkovnik Pirumov və komissar Dronun başçılığı ilə silahlanmış hərbi dəstələr İrəvan quberniyasının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar edirlər. Bir neçə kənd dağıdılır, yüzlərlə günahsız müsəlman qətlə yetirilir...

17 fevral 1988-ci il...
Qərbi Azərbaycan (Ermənistan) ərazilərindəki tarixi dədə-baba yurdlarından didərgin salınan azərbaycan əhalinin növbəti dəstəsi – Qafan rayonundan deportasiya edilən 4 000 nəfər soydaşımız Azərbaycana pənah gətirir. Ermənistan SSR rəhbərliyinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti artıq tam gücü ilə şə düşür.

17 fevral 1990-cı il...
Naxçıvanın Günnüt kəndi (Şərur rayonu) erməni yaraqlıları tərəfindən dağıdılır, işğal olunur...

17 fevral 1992-ci il...
Ağdam şəhəri ermənilər tərəfindən atəşə tutulur. Ölənlər, yaralananlar, dağıntılar olur.

17 fevral 1992-ci il...
Saat 05:30-da erməni-rus hərbi birləşmələrinin hücumu nəticəsində bir neçə saat ərzində Xocavənd rayonunun 1000 nəfər əhalisi olan və ermənilərin yaşadıqları qonşu Ağkənd, Aşan, Paravatumb, Qağarza, Qarakənd, Gavahın, Dağdağan, Kəndxurd, Kiş , Mirikənd, Mısmına, Müşkabad, Ningi, Harov kəndləri ilə əhatələnən azərbaycanlıların məskunlaşdığı cənnətməkan Qaradağlı kəndi işğal edilir.
Bu işğalda 23-cü diviziyanın 366-cı alayının da müstəsna xidmətləri olub.
Beləliklə bu gün tarixə “Qaradağlı faciəsi” kimi düşür...

17 fevral 1992-ci il...
Separatçı erməni yazıçısı Zori Balayan Telavi hərbi bazasında silahlanmış ermənilərə başa salır ki, kim Böyük Ermənistan uğrunda vuruşursa, o tarix yaradır...

17 fevral 1993-cü il...
Ağdam rayonunun mərkəzi atəşə tutulur. Ölənlər , yaralananlar və dağıntılar olur. Düşmən Şelli kəndi istiqamətində hücum etməyə cəhd göstərir.

17 fevral 1993-cü il
Erməni quldurlarının güclü hücumları nəticəsində keçmiş Ağdərə rayonunun Qozlu Körpü (keçmiş Hötevan) və Heyvalı (keçmiş Drambon) kəndləri işğal edilir.
Cəmil Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.