Hansı heyvanları şəhərdə gəzdirmək olmaz?

3-03-2021, 17:41           
Hansı heyvanları şəhərdə gəzdirmək olmaz?
Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu hansı heyvanların ictimai məkanlarda gəzdirilməsi ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə Bakının mərkəzində gənclərin quzuya uşaq bezi taxaraq gəzdirməsinin görüntüləri yayılıb. Həmin görüntülər əvvəllər belə bir hal ilə heç vaxt rastlaşmayan izləyicilərin diqqətini cəlb edib. Yayılan məlumatlara əsasən, bulvarda xidmət aparan polis əməkdaşı quzunu və gəncləri saxlayaraq, bölməyə aparıb.

Rubrikamızın “şəhərin mərkəzində hansısa heyvanın gəzdirilməsi ilə bağlı qadağa varmı” sualına hüquqşünas Şamil Paşayev cavab verib. O, bildirib ki, istər Cinayət Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində heç bir heyvanın şəhərdə gəzdirilməsinə qadağa yoxdur:

“Heyvanların ictimai yerlərdə gəzdirilməsi ilə bağlı bir sıra müddəalar var. Məsələn, itin mütləq ağızlığı və xaltası olmalıdır. Ancaq konkret olaraq, quzu, yaxud digər hansısa heyvanın gəzdirilməsinə qadağa yoxdur. Həmin heyvanları gəzdirən şəxsin cinayət, yaxud inzibati məsuliyyətə cəlb olunması da nəzərdə tutulmayıb. Sadəcə, Azərbaycan mentalitetində bunun üçün yalnız it, pişik, meymun və digər heyvanlar qəbul olunub. Qoyun-quzuya bərəkət kimi baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının çöldə aparmaqla bağlı bəzi müddəalar var. Həmin maddədə heyvanın görünüşünə cərrahi əməliyyatla müdaxilə etmək, sərxoş vəziyyətdə onu gəzdirmək, insanlara hücum etməsinə şərait yaradılması və s. nəzərdə tutulub”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.