3-cü doza peyvənd məcburi olacaq? - “Qadağaların bu dozaya da tətbiq edilməsi...”

29-09-2021, 16:46           
3-cü doza peyvənd məcburi olacaq? -
3-cü doza peyvənd məcburi olacaq?
Məlumdur ki, oktyabrın 1-dən etibarən 2-ci doza peyvənd olunmayanların bəzi obyektlərə girişinə qadağa qoyulacaq.

Bu qayda 3-cü doza vaksin üçün də keçərli ola bilərmi?

“Azərbaycan Həkimləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm Cebhe.info-ya açıqlamasında bildirib ki, 2-ci dozanın vurulmasından 6 ay keçdikdən sonra 3-cü doza vaksin vurulmalıdır:

"6 ay tamamlananda insanlar orqanizmlərində antitel yaranmasını özləri yoxlatdıra bilərlər. Əgər titr yüksək olarsa, həmin şəxsin 3-cü doza vaksin vurulmasına ehtiyac qalmır. Əks halda, bəs etmirsə, deməli, şəxs 3-cü doza vaksini mütləq vurdurmalıdır. Ancaq qadağalarla bağlı məsələni Nazirlər Kabineti yanında Operativ Qərargah tənzimləyəcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına dəyişikliyə əsasən, 1 oktyabr tarixindən etibarən mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələri, bu Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdə çalışanların, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.