ADSEA -da daha bir QALMAQAL: Vergi borclu şirkətlə 2,8 milyonluq müqavilə bağlandı

Bu gün, 12:06           
ADSEA -da daha bir QALMAQAL:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şəki rayonu ərazisində Şinçay çayında sel və daşqın təhlükəsinə qarşı sahilbərkitmə işləri ilə bağlı yeni satınalma həyata keçirib.
32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkət “AZTİKİNTİSERVİS” MMC olub və tərəflər arasında 2.890.483,44 manat dəyərində müqavilə bağlanıb.

Maraqlıdır ki, əldə etdiyimiz digər məlumata görə, tender qalibi şirkətin dövlətə 17.541,2 manat vergi borcu mövcuddur.

Rəsmi sənədlərə görə, “AZTİKİNTİSERVİS” MMC-nin qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğlu, nizamnamə kapitalı isə cəmi 100 manatdır.

Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.

Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru