İsrailin Sənaya HÜCUM ETDİ: ÖLƏN VƏ YARALANANLAR VAR

Bu gün, 00:14           
İsrailin Sənaya HÜCUM ETDİ: ÖLƏN VƏ YARALANANLAR VAR
İsrailin Yəmənin paytaxtı Sənada husilərin Müdafiə Nazirliyi kompleksinə endirdiyi zərbə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Bu barədə adı açıqlanmayan mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.

Husilərə məxsus "Saba" informasiya agentliyi də ölən və yaralananlar olduğunu bildirib.

Məlumata görə, üsyançıların qurumunda mənəvi-psixoloji hazırlıq şöbəsi hücuma məruz qalıb.

KİV ölən və yaralananların dəqiq sayı barədə məlumat vermir.

Qeyd edək ki, bu gün axşam saatlarında İsrail Müdafiə Qüvvələri Yəmənin paytaxtına hava zərbəsi endirib.

İsrail Yəmənə hücumu təsdiqləyib. Hazırda Səna və Yəmənin digər yerləri vurulur.

Bu barədə görüntülər sosial mediada paylaşılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru