Tovuzda avtomobillər körpüdən AŞDI: XƏSARƏT ALANLAR VAR
Bu gün, 00:16
Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb. TEREF APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun üzərində yerləşən körpüdə baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillər körpüdən dərəyə aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.