Avropa Komissiyası İsrailə ödənişləri dayandırdı
Bu gün, 00:03

Fon der Lyayen İsrailin ifratçı nazirlərinə və aqressiv məskunlaşanlara qarşı sanksiyalar təklif edəcək...
Poliqon xəbər verir ki, Avropa Komissiyası Qəzza zolağında baş verən hadisələrlə bağlı İsrailə ayrılan maliyyə vəsaitlərinin ödənişini müvəqqəti dayandırıb. Komissiya rəhbəri Ursula fon der Lyayen bildirib ki, yaxın günlərdə Avropa İttifaqı ölkələrinə İsrailin ifratçı nazirlərinə və zorakı məskunlaşma siyasətini dəstəkləyən şəxslərə qarşı sanksiya paketləri təqdim ediləcək.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ ölkələrinə İsraillə mövcud olan ticarət razılaşmalarının dayandırılması ilə bağlı tövsiyələr irəli sürüləcək. Onun sözlərinə görə, tərəfdaşlıq sazişi çərçivəsində nəzərdə tutulan güzəştlərin dondurulması Avropa İttifaqının atacağı əsas addımlardan biridir.
Məlumata əsasən, bu qərar həmçinin Avropada artmaqda olan ictimai təzyiq və insan haqları təşkilatlarının çağırışları fonunda qəbul olunub. Ekspertlərin qənaətinə görə, Brüsselin bu addımı İsrail hökumətinə ciddi siyasi və iqtisadi mesaj vermək məqsədi daşıyır.