GDU rektorunun təyinatının pərdəarxası: Kibışev Yusibova necə xidmət edəcək?
Bu gün, 00:01

Gəncə Dövlət Universitetində (GDU) yeni təyinatlar olub...
Rektor Yusif Yusibov yeni təyinatlarla bağlı müvafiq əmrlərinə əsasən, Ruslan Araz oğlu Məmmədov rektorun köməkçisi, İlqar Nadir oğlu Kubışov rektorun elm və təhsil üzrə müşaviri və Lalə Yaşar qızı Məmmədova isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar. Qeyd edək ki, hər üç şəxs bu təyinatadək də GDU-da müxtəlif vəzifələrdə işləyiblər. Belə ki, R.Məmmədov ictimai əsaslarla Tədris məsələləri üzrə prorektor köməkçisi, İ.Kubışov Regional Kollecin direktoru, L.Məmmədova isə sadəcə rektorun müşaviri vəzifəsində çalışıblar.
Son təyinatlarda maraq kəsb edən məqam İlqar Nadir oğlu Kubışovin təyinatı ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, əvvəllər Gəncə Dövlət Universitetində rektorun köməkçisi və müşaviri, daha sonra Gəncə Musiqi Kolleci və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru olduğu dövrdə İlqar Kubışov universitetdə imtahan proseslərinə müdaxilə etməsi ilə bağlı ittihamlarla üzləşmiş və bu səbəbdən işdən azad edilmişdi. İndi Yusif Yusibovun Kubışovu daha yüksək vəzifəyə təyin etməsi maraq doğurur. Gəncə Dövlət Universitetindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bir çox qaranlıq əməllərə imza atmış İlqar Kubışovun irəli çəkilməsinin bir çox maraqlı məqamları var. Əvvəla bu təyinatla, rektor köhnə “qara kassası”” Şahin Xurşudovun yerini doldurmuş olur. Eyni zamanda Maliyyə Nazirliyindəki dəyişiklikdən sonra arxasını itirən rektor yeni himayədar qazanmış olur. Belə ki, İlqar Kubışov Mədəniyyət naziri Adil Kərimlinin xalasıoğludur.
Poliqon.info