Tramp ilk dəfə Rusiyanın dronlarla Polşaya hücumuna münasibət bildirib

Bu gün, 00:17           
Tramp ilk dəfə Rusiyanın dronlarla Polşaya hücumuna münasibət bildirib
ABŞ Prezidenti Donald Tramp ilk dəfə Rusiyanın pilotsuz uçuş aparatlarının Polşaya hücumu ilə bağlı insidentə münasibət bildirib.
"Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Rusiyanın dronlarla Polşanın hava məkanını pozması ilə bağlı nə xəbər var? Getdik!", - o reaksiya verib.

Qeyd edək ki, Trampın bu gün polşalı həmkarı Karol Navrotski ilə danışıqlar aparacağı gözlənilir.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərb vilayətlərinə genişmiqyaslı hücumu zamanı onlarla dron Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə yaradan cihazların vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildiriblər. Baş nazir Donald Tusk fövqəladə toplantı keçirərək müttəfiqləri insidentlə bağlı məlumatlandırıb və NATO tərəfdaşları ilə hərəkətlərin koordinasiya edildiyini vurğulayıb. Hadisədən sonra Londonda işgüzar səfərdə olan Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.

Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində insidentlə bağlı hər hansı əlaqəsinin olduğunu inkar edir.

NATO-nun Baş katibi Mark Rutte isə bildirib ki, Polşanın xahişi ilə alyans bu gün NATO Nizamnaməsinin 4-cü maddəsinə - yəni üzv ölkələrdən hansısa birinin ölkənin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olmasına dair əlamətlər sezərsə, digər müttəfiqlərlə məsləhətləşmələrə başlamaq hüququna uyğun olaraq iclas keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru