Zelenski və Ursula fon der Lyayen arasında telefon danışığı olub

Bu gün, 07:44           
Zelenski və Ursula fon der Lyayen arasında telefon danışığı olub
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında bildirib.

Qeyd olunur ki, Zelenski və fon der Lyayen Ukraynaya maliyyə yardımı və anti-Rusiya sanksiyalarının gücləndirilməsini müzakirə ediblər.

"Ursula mənə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün amerikalı tərəfdaşlarla birgə iş barədə məlumat verdi", - Zelenski vurğulayıb.

O əlavə edib ki, tərəflər ukraynalı uşaqlara dəstək məsələsini də müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru