“Pfizer” ağır koronavirus xəstələri üçün yeni dərman hazırladı - Ölümdən qoruyur

17-11-2021, 19:33           
“Pfizer” ağır koronavirus xəstələri üçün yeni dərman hazırladı -
ABŞ-ın əczaçılıq şirkəti "Pfizer” yeni növ koronavirusa (COVID-19) qarşı hazırladığı oral preparatın orta və yüksək riskli xəstələrdə istifadəsi üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edib.

Manşet.az xəbər verir ki, "Pfizer” tərəfindən verilən açıqlamaya görə, COVID-19-a qarşı hazırlanmış dərman FDA tərəfindən təsdiqlənərsə, bir neçə həftə ərzində "Paxlovid" adı ilə satışa çıxarılacaq.

ABŞ-ın əczaçılıq şirkəti, dərmanın orta və yüksək riskli xəstələrdə xəstəxanaya yerləşdirmə və ölüm nisbətlərini 89 faiz azaltdığını açıqlayıb. ABŞ-ın başqa bir əczaçılıq şirkəti olan "Merck” COVID-19-a qarşı hazırladığı dərmanın təcili istifadəsinə icazə almaq üçün oktyabrın 11-də FDA-ya müraciət etdi. İngiltərə "Merck” tərəfindən istehsal olunan "Molnupiravir" dərmanının istifadəsinə icazə verən ilk ölkə olub.

"Merck” şirkəti bildirib ki, molnupiravir virusa yeni yoluxmuş insanlarda xəstəxanaya yerləşdirmə və ölüm riskini 50 faiz azaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru