POTENSİAL TƏHLÜKƏ: Ət kişi cəlbediciliyinə necə təsir edir… - HƏKİM MƏSLƏHƏTİ

18-11-2021, 07:04           
POTENSİAL TƏHLÜKƏ: Ət kişi cəlbediciliyinə necə təsir edir… -
Alimlər müəyyən ediblər ki, mal və quzu ətinə özlərinə çox da arxayın olmayanlar üstünlük verirlər

Son onilliklərdə qırmızı ətin zərəri ilə bağlı müzakirələr səngimir - bir çox alimlər hesab edirlər ki, onun istifadəsi kişilərdə ürək-damar xəstəlikləri, şəkərli diabet, bağırsaq xərçəngi, mədəaltı vəzi və prostat xərçəngi riskini artırır. Bunu dünyanın 10 ölkəsindən olan mütəxəssislərin apardığı genişmiqyaslı ÜST araşdırması təsdiqləyib. Bu arada bəzi həkimlər elmi məlumatların çatışmazlığını əsas gətirərək bu cür nəticələri təkzib edir və bu məhsulu rasiondan tamamilə çıxarmamağı vurğulayırlar. Bu, xüsusilə kişilərə aiddir - ətsiz qidalanmaq onların nəinki fiziki, həm də ruhi sağlamlıqlarına ziyan vura bilər. Niyə? Moderator.az “İzvestiya”nın bu sualın cavabı və mövzuyla bağlı materialını oxucularına təqdim edir.

Ət kişiləri necə xilas edir...

Kanadalı alimlərin “Appetite” elmi jurnalında dərc olunan yeni araşdırması göstərib ki, kişilik böhranı adlanan xəstəlikdən əziyyət çəkən güclü cinsin nümayəndələri qırmızı ətə üstünlük verirlər. Kanadanın Letbric Universitetinin elmi qrupunun eksperimentində Böyük Britaniya, ABŞ və Kanadadan 287 kişi iştirak edib. Onlardan ilk olaraq özlərini kişi kimi necə hiss etdikləri və bu keyfiyyətin müəyyən qidalar ilə necə bağlı olduğunu soruşublar. Nəticədə məlum olub ki, öz müstəsna üstünlüklərinə əmin olmayan kişilər ətdən istifadənin onu artıra biləcəyinə inanırlar.

Tədqiqatın növbəti hissəsində iştirakçılara guya “kişiliyin yeni göstəricisi” - onların hər birinin planetin digər sakinləri ilə müqayisədə nə qədər güclü olması ilə bağlı məlumatları yoxlamağa imkan verən sorğu vərəqəsi təqdim edilib. Sonra onlara dörd yemək seçimi verilib: küftə, bekonlu sendviç, toyuq salatı və tofu (pendir) salatı. Nəticədə daha çox “kişi” məhsulları - küftə və bekon kişiliklərinə şübhə edənlər tərəfindən seçilib.

Alim Riannon MakDonnel Mesler deyir: “Araşdırmalarımız göstərir ki, özlərindən şübhələnən kişilər qida vasitəsilə öz kişilik mənliklərini artırmağa səy göstərə bilərlər. Bundan əlavə, bu mənlik hissinin dəyişməsi qırmızı ətə ehtiyacı azaltmalıdır”.

Ət niyə kişi məhsulu hesab olunur...

Daha əvvəl eyni jurnalda dərc edilən əvvəlki araşdırma ətdən istifadədə cinsiyyət fərqlərinə həsr olunub. Həmin araşdırma göstərib ki, kişilər qadınlardan daha çox ət yeyirlər, çünki bu, onlara “kişilik kimliyini yenidən təsdiqləməyə” kömək edir.

Qadınlar isə vegetarianlıq səbəbindən ətdən demək olar ki, tamamilə imtina etməyə üstünlük verirlər ki, bu da konkret gender rollarını oynamaq istəyi ilə deyil, sağlamlıq düşüncəsiylə əlaqədardır.

Məhz qırmızı ət cəmiyyətdə “kişi məhsulu” hesab olunur: o, əzələ kütləsini yaradaraq kişilərin daha cazibədar və seksual görünməsinə kömək edir.

Ətdən imtina hansı təhlükəyə səbəb ola bilər…

Ola bilsin ki, öz güclərindən əmin olmayan kişilər yuxarıda sadalanan davranışlara şüuraltı olaraq sövq edilirlər - məlumdur ki, ət yemək onları nəinki özlərinin və başqalarının gözündə böyüdür, həm də onların potensiyalarını artırır, ətdən imtina etmək isə böyük problemlər yarada bilər.

Məsələn, həkim-seksoloq Yevgeni Kulqavçuk xəbərdarlıq edir ki, ətdən tamamilə imtina etmək hətta cinsi disfunksiyaya səbəb ola bilər. “Ət Leydiq hüceyrələrində testosteronun sintezində iştirak edən, həmçinin əzələ kütləsinin qurulması və saxlanması üçün vacib olan lösin amin turşulu xolesterin tərkibli qiymətli ərzaqdır”, - deyə mütəxəssis xatırladır.

Ancaq bu məhsuldan həddindən artiq çox istifadə etməyə dəyməz. “Çox ət yemək zərərli və pisdir, həm damarların, həm də ümumiyyətlə ürək-damar sisteminin xəstəlikləri və maddələr mübadiləsinin pozulması deməkdir. Məsələn, ereksiyada damar komponenti var və damarların ümumi vəziyyəti çox vacibdir. Buna görə də, ətdən qədərində istifadə etmək daha yaxşıdır”, - deyə həkim bildirir.

Yevgeni Kulqavçukun sözlərinə görə, qida rasionunda zülalın məhdudlaşdırılması siqaret, alkoqol, ağır pəhrizlər və pis yuxu kimi kişi potensialını azalda bilər. “Ətdən imtina cinsi disfunksiyaya səbəb ola bilər, lakin bunun həlledici amil olduğunu söyləmək düzgün olmaz. Kişinin cinsi fəaliyyəti böyük əhəmiyyət kəsb edir və güclü cinsi fəaliyyətə malik bir çox kişilər potensiyanı azaldan amillərin olmasına baxmayaraq, yaxşı cinsi imkanlara malikdirlər”, - deyə mütəxəssis vurğulayır.

Kişilər nə yeməlidir…

Seksoloq zülal mənbəyi kimi yağsız ət, hinduşka və ya mal əti, həmçinin kişilər üçün bioloji dəyəri toyuq yumurtasından daha yüksək olan bildirçin yumurtasına üstünlük verməyi məsləhət görür.

Həkim və teleaparıcı Yelena Malışevanın sözlərinə görə, kişi sağlamlığı üçün çox faydalı məhsul xardaldır. O, damarları genişləndirmə gücünə malikdir və potensiyaya faydalı təsir göstərir, şiş hüceyrələrinin böyüməsinə maneə yaradır və qan təzyiqini azaldır.

Yelena Malışeva koronavirus xəstəliyindən sağaldıqdan sonra potensiyanı artırmaq və cinsi hüceyrələri bərpa etmək baxımından kişilərə spermazoidlər üçün zəruri olan tərkibi sinklə zəngin ilbizləri, D vitamini mənbəyi sayılan treska balığının qara ciyərini və damarları genişləndirən bok-çoy kələmini yeməyi məsləhət görür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.