Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Bu gün, 10:46           
Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.
Bu gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Sosial-iqtisadi Kollecdə yeni tədris ilinin başlanması münasibətilə pedaqoji şuranın iclasında oldum. Təəssüf ki, gördüklərim məni çox məyus etdi, kədərləndirdi…
Ümumiyyətlə kollektivin üzvləri – xadimdən müəllimədək – hamının üzündə eyni ifadə: yorğunluq, məyusluq, ümidin sönməsi. Heç kəsdə sevincli bir başlanğıc ruhu yox idi.
Kiminin dərs yükü azaldılıb, kiminin tam ştatı yarım ştata endirilib. Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq. Halbuki söhbət 5 milyarda yaxın büdcəsi olan Elm və Təhsil Nazirliyi-,nin tabeliyindəki kollecdən gedir.
Daha acınacaqlısı isə odur ki, müəllimlərin bir qismi ümumiyyətlə anlamır – niyə hər il direktor dəyişir, niyə dərs saatları azalır, niyə təhsil sistemi daima qarışıqlıq içindədir?
Təhsil sadəcə rəqəmlərlə, statistikalarla ölçülməməlidir. Təhsilin əsası müəllimin rifahı, kollektivin ruhu və tələbənin gələcəyidir.Kimya üzrə fəlsəfə doktoru, kimya üzrə dərslik müəllifi, araşdırmaları dünyanın 24 ölkəsində çap olunan Pərvanə müəllimənin bu günkü çıxışı Azərbaycan təhsili haqqında bir manifest idi. Onun səsi yüzlərlə alim və müəllimin, illərini elmə, gəncliyin gələcəyinə həsr edənlərin səsi idi.
Amma bu gerçəkdir: Pərvanə müəllimə ayda cəmi 256 manat maaş alacaq. Başqa yerdə isə dərs tapa bilmir…
Elm və təhsil adına beynəlxalq uğurları olan bir alimin öz ölkəsində belə dəyərsiz qalması faciədir. Və tək bir insanın deyil, bütöv bir təhsil sisteminin faciəsidir.
Biz hələ də müəllimlərimizi itiririk – kimin isə qüruru sındırılır, kimin isə ümidləri…
Amma unutmayaq: Müəllimlərə dəyər verilməyən yerdə gələcək də ola bilməz.
Qələndər Muxtarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru