Polşa mərmi istehsal edəcək zavod tikəcək

Bu gün, 10:24           
Polşa mərmi istehsal edəcək zavod tikəcək
Polşa hökuməti Britaniyanın “BAE Systems” şirkətinin texnologiya və bilik transferi ilə 155 mm-lik artilleriya mərmiləri istehsal edəcək zavodun yaradılmasını təsdiqləyib.

Trend-in “Telegraph”a istinadən verdiyi məlumata görə, BAE əsas texnologiyaları və istehsal təcrübəsini Polşanın dövlət silah konserni PGZ-yə verəcək. Yeni müəssisənin istehsal gücünün ildə təxminən 180 min mərmi olması gözlənilir.

Polşanın Baş naziri Donald Tusk bildirib ki, layihə ölkənin müdafiə potensialını və NATO-nun şərq cinahındakı qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirəcək. Yeni zavodda istehsal prosesində BAE-nin Uelsdəki partlayıcı maddələr zavodunda tətbiq olunan avtomatlaşdırma üsulları tətbiq olunacaq.

Məsələ regionda təhlükəsizlik gərginliyinin artdığı bir vaxta təsadüf edir — bu addım, çərşənbə günü Polşa hava məkanında Rusiya dronlarının vurulmasından sonra NATO-nun regiona əlavə qoşun və silah yerləşdirməsinin fonunda atılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru