Bioloqlar plastiki həzm edən universal bakteriyalar aşkar ediblər

16-12-2021, 09:42           
Bioloqlar plastiki həzm edən universal bakteriyalar aşkar ediblər
Çalmers Texnologiya Universitetinin (İsveç) bioloqları quruda və suda plastikləri parçalaya bilən bakteriyalar aşkar ediblər.

Trend xəbər verir ki, tədqiqatçıların fikrincə, bakteriyalar təkamül qabiliyyətinə malikdir və demək olar ki, universaldır. Onlar müəyyən bir tullantı növünə uyğunlaşır və müxtəlif plastikləri təkrar emal edə bilirlər. Alimlər həmçinin bakteriyaların plastik çirklənmə səviyyəsinə reaksiya verdiyini də qeyd ediblər.

Tədqiqatçılar təxminən 200 milyon müxtəlif bakteriyanın davranışını və xüsusiyyətlərini tədqiq ediblər. Nəticədə 300 min mikroorqanizmin təxminən on növ plastik parçalamaq qabiliyyəti aşkarlanıb.



Onlardan bəzilərinin laborator sınaqları keçiriləcək, burada plastik parçalanma mexanizmini və sürətini qiymətləndirəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru