Deputat ərzaq məhsullarının bahalaşmasından DANIŞDI

16-12-2021, 13:15           
Deputat ərzaq məhsullarının bahalaşmasından DANIŞDI
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında inflyasiya 6.2 faiz olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi inflyasiya göstəricisidir.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik inflyasiya səviyyəsi daha yüksək olub.

"Belə ki, ilə rəsmi 2.7 faizlik illik inflyasiya ilə başlanılsa da, bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub".

Onun sözlərinə görə, rəsmi inflyaisya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var.

"Qarşıdan bayram günlərinin gəldiyini nəzərə alsaq, paytaxtda mütəmadi fermer yarmarkalarının təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin, o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var. Digər tərəfdən, ilkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək. Bu baxımdan, ümumi istehlakda yerli istehsalın payının artırılması prioriteti daha da aktuallaşır. İdxal inflyasiyasının minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru