Hacı Şahin – O Kimdir?

17-12-2021, 07:16           
Hacı Şahin – O Kimdir?
Baku TV-də yayımlanan “O Kimdir?” verilişinin budəfəki qonağı ilahiyyatçı Hacı Şahin Həsənlidir.

Verilişdə dindən sui-istifadə edənlər, cinlərin insanlarla təması barədə fikirlər, uşaqların tərbiyəsi kimi mövzular müzakirə olunub.

“Ölümün pərdə arxası”ndan danışan ilahiyyatçının sözlərinə görə, ölüm haqqında düşünmək ömrü azaltmır. Əksinə, hədislərimizdə var ki, ölümü düşünən insanlar daha çox yaşayır.

“Niyyəti vətənini qoruyaraq Allahın razılığını qazanmaq olanlar və bu yolda döyüşərək ölənlər birmənalı olaraq şəhid sayılır. Şəhid üçün 70 məqam nəzərdə tutulub ki, onlardan ən aşağısı günahlarının bağışlanmasıdır”, – deyə Hacı Şahin qeyd edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.