Dietoloq ən zərərli qurudulmuş meyvələrdən danışdı - FOTO

17-12-2021, 10:43           
Dietoloq ən zərərli qurudulmuş meyvələrdən danışdı - FOTO
Qurudulmuş meyvələri seçərkən onların görünüşünə diqqət yetirmək son dərəcə vacibdir, çünki bu, məhsulun gizli zərəri barədə xəbərdarlıq edə bilər.

Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko xəbərdarlıq edib.

“Qurudulmuş meyvələrin görünüşü sizə onun necə emal edildiyini dəqiq söyləməlidir. Parlaq və çox yumşaqdırsa, çox güman ki, yağ və ya qliserindən istifadə edilmişdir. Məsələn, şəkər siropunda dəmləmə xurmaya parlaqlıq verir”, - deyə Pançenko bildirib.



O, qurudulmuş meyvələrin çoxunun daha uzun müddət saxlanılması və parazitlərdən qorunması üçün kükürd dioksidi ilə emal olunduğunu da vurğulayıb.

“Qurudulmuş meyvələri parıltısız, ən adi formada, qabığı çatlamadığı, normal qoxulu, çəyirdəyi ilə, qoz-fındığı isə qabığında alın”, - deyə diyetoloq əlavə edib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru