İnanılmaz iddia: Ölümsüzlüyün çarəsi tapılıb – Milyarderlər hərəkətə keçdi

18-12-2021, 12:51           
İnanılmaz iddia: Ölümsüzlüyün çarəsi tapılıb –
Son zamanlar dünyanın aparıcı iş adamlarının gündəminə gələn ölümsüzlük məsələsi böyük müzakirələrə səbəb olub.

Teref.az xəbər verir ki, öncə Jeff Bezosun ölümsüzlük araşdırması barədə verdiyi açıqlama, daha sonra məşhur kripto valyuta marketoloqu Brayan Armstronqun ölümsüzlüyü tapmaq üçün qollarını çırmalaması bu qəribə iddianı yenidən gündəmə gətirib.
İddiaya görə, ölümsüzlüyün çarəsi tapılıb, amma insanlardan gizlədilir. Tədricən gündəmə gətirilən bu məsələnin gələcəyə hazırlıq olduğu deyilib.

Milyarder iş adamı İlon Maska da bununla bağlı sual verilib. Qatıldığı bir tədbirdə jurnalistin “Qocalmağı düşünmürsünüz, yoxsa bizim bilmədiyimiz gizli texnologiya var?” sualına Maskın cavabı belə olub: “Mən yaşlanma ilə mübarizə üçün hansısa gizli texnologiyanın olmasından xəbərsizəm. Həqiqətən çox uzun müddət yaşamaq üçün səy göstərməliyikmi? Bilmirəm”.

Jeff Bezos yaşlanma əleyhinə texnologiyalara sərmayə qoyan iş adamları arasındadır. Bezosun yaşlanmaya qarşı mübarizə aparan “Altos Labs” adlı startapına sərmayə qoyması xəbərindən sonra Mask Tvitterdə rəqibini ələ salan paylaşım edib.teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru