Kefirin inanılmaz faydaları açıqlanıb - FOTO

19-12-2021, 11:06           
Kefirin inanılmaz faydaları açıqlanıb - FOTO
Kefir - ən faydalı süd məhsuludur, onun sağlamlığa inanılmaz faydası var.

Bu barədə türkiyəli dietoloq Zülal Yalçın məlumat verib.

O qeyd edib ki, bu fermentləşdirilmiş süd məhsulu probiotik məhsullar arasında birinci yerdədir, çünki tərkibində çoxlu sayda faydalı mikroorqanizmlər var.

“Kefir minerallar və əvəzolunmaz amin turşuları, xüsusilə də fosfor və kalsiumla zəngindir”, - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, kefir bağırsaq florasının qorunması və müəyyən qida maddələrinin sintezi üçün çox vacibdir.

“Bu məhsul həm də şiş əleyhinə təsir göstərir və laktoza və xolesterin səviyyəsini aşağı salır”, - deyə həkim vurğulayıb.

Dietoloq eyni zamanda kefirin xora, yüksək təzyiq, öd pozğunluqları, əsəb xəstəlikləri, ekzema, bronxit, astma kimi xəstəliklər üçün müalicəvi xüsusiyyətlərindən də danışıb.

Mənbə: Milliyet












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru