Keçmiş kəşfiyyat rəhbəri Süleymaninin qətlində İsrailin rolundan danışdı

21-12-2021, 11:52           
Keçmiş kəşfiyyat rəhbəri Süleymaninin qətlində İsrailin rolundan danışdı
2020-ci ilin yanvarında Bağdad yaxınlığında ABŞ pilotsuz uçan aparatı vasitəsilə öldürülən “Qüds” Qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsində İsrail rol oynayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman bildirib.

O, bu qətli vəzifədə olduğu müddətdəki iki mühüm qətldən biri kimi qiymətləndirib.

“Süleymaninin öldürülməsi bir nailiyyətdir, çünki mənim nəzərimdə əsas düşmən iranlılardır”, - Tamir Hayman deyib.

General əlavə edib ki, İsrail İran silahlarının və resurslarının bölgədə yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru