Soyuq havada necə nəfəs alaq? - HƏKİM

24-12-2021, 07:18           
Soyuq havada necə nəfəs alaq? -
Soyuq havada ağızdan nəfəs almaq da problemdir və ziyanlıdır.

Cebhe.info xəbər verir ki, terapevt Timur Asanovun sözlərinə görə, bu halda soyuq küçə havası qızdırılmır və nəmləndirilmir.

Beləliklə, ağızdan nəfəs alma raspirator simptomlarını artıra bilər.

Həkim qeyd edib ki, soyuq havada burunla nəfəs almaq daha düzgündür. Soyuq hava burun, boğaz və yuxarı tənəffüs yollarından keçərkən qızdırılır və nəmləndirilir: "Buna görə də, aşağı tənəffüs yollarına çatdıqda, adətən, kifayət qədər isti olur”.

Eyni zamanda, mütəxəssis astma və xroniki bronxit xəstələri üçün ümumiyyətlə soyuqda çöldə qalma müddətini azaltmağı tövsiyə edib: “Bu xəstələrdə astma tutması riski yüksəkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.