Hansı ət xallar xərçəngə çevrilə bilər?

25-12-2021, 08:23           
Hansı ət xallar xərçəngə çevrilə bilər?
Həkim-dermatoonkoloq Natalya Kalakutskaya hansı papilomaların onkoloji xəstəliklərin göstəricisi olduğunu açıqlayıb.

Teref.az xəbər verir ki, dəridə yaranan papilomalar çox zaman tamamilə təhlükəsiz olur. Onların növünü rənginə və yerinə görə müəyyən etmək mümkündür.

“Tamamilə xoşxassəli növlərə yaxalıq bölgədə, həmçinin qoltuqaltı və ya qasıq nahiyyəsində olan rəngsiz-bej rəngdən açıq çəhrayı-qəhvəyi rəngə qədər olan papilomalar aiddir”, – deyə N.Kalakutskaya bildirib.

O, qeyd edib ki, onkoloji xəstəliklərə işarə edən növlərə daha çox ayaq nahiyyəsində rast gəlinir.

N.Kalakutskaya histoloji müayinə aparılmadan istənilən dəri törəmələrini aradan qaldırmamağı tövsiyə edib. /Medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru