Elmdə dönüş yaradacaq hadisə - Video

26-12-2021, 09:23           
Elmdə dönüş yaradacaq hadisə - Video
Dünən günorta saatlarında Cənubi Amerikada yerləşən Quiana kosmodromundan “Ariane 5” daşıyıcı raketi “Ceyms Webb” teleskopu kosmosa göndərilib.

Teleqraf.com xəbər verir ki, bu, bəşəriyyətin malik olduğu ən güclü kosmik teleskopdur.

1996-cı ildən etibarən planlanan və ərsəyə gətirilən bu teleskop 10 milyard dollara başa gəlib. Teleskopla 4 mövzunun araşdırması aparılacaq. Onlardan ən vacibi “Big Bang” partlayışından sonra ortaya çıxan ilk ulduzlar və protoqalaktikaları tədqiq etməkdir.

Bu isə hazırda 13,8 milyard yaşı olan Kainatın hələ 300 milyon ilində baş verən hadisələrə açılan pəncərə deməkdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru