“Omikron” sürətlə bütün dünyada “delta”nı əvəzləyir

26-12-2021, 16:04           
“Omikron” sürətlə bütün dünyada “delta”nı əvəzləyir
“Omikron” koronavirus ştamı bütün dünyada çox sürətlə yayılacaq və infeksiyanın əvvəlki variantlarını əvəz edəcək. Bunu Qamaleya adına Rusiya Milli Elmi-Epidemiologiya və Mikrobiologiya Mərkəzinin patogen mikroorqanizmlərin populyasiya dəyişkənliyi mexanizmləri laboratoriyasının rəhbəri Vladimir Quşçin deyib.

"Danimarka, Norveç, Böyük Britaniya, ABŞ-a gəldikdə, biz görürük ki, “omikron” çox sürətli şəkildə deltanı əvəz etməyə başlayır", - Quşçin vurğulayıb.

Rusiyalı mütəxəssis eyni zamanda bildirib ki, “omikron”un “canlı peyvənd”ə çevrilə biləcəyi ilə bağlı fikirlərin doğru olduğuna inanmır.

Noyabr ayında Afrikanın cənubunda koronavirusun çoxlu sayda mutasiyaya malik variantı aşkar edilib. Həmin ştama “omikron” adı verilib. Hal-hazırda, o, yüzdən çox ölkədə qeydə alınıb.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru