İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur, minlərlə insanı aldadır FOTO

27-12-2021, 09:00           
İnstagram-da super dələduz peyda olub? - 400-500 manata dua oxuyur, minlərlə insanı aldadır FOTO
"Facebook"da "Şəbəkə" səhifəsi maraqlı iddia ilə çıxış edib.
Musavat.com yazını dəyərli oxucularımıza təqdim edir ki, siz də ayıq-sayıq olasınız.

"Şəbəkə"nin yazdığı mətndə deyilir:

"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstagram-da Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - deyə səhifə izləyicilərini aldanmamağa çağırıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.