Məşhurlar uşağı döyən tərbiyəçidən yazdı: "Tərbiyəsiz, səni zəlil qalasan!" - FOTO/VİDEO

14-01-2022, 12:23           
Məşhurlar uşağı döyən tərbiyəçidən yazdı:
Sosial şəbəkələrdə tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər yayılıb. Sözügedən video ölkə gündəmində böyük rezonans doğurub. Bir çox xəbər saytlarında, o cümlədən sosial şəbəkələrdə yayımlanaraq böyük qınaq obyektinə çevrilib.

BAKU.WS xəbər verir ki, tərbiyəçinin körpəni döydüyü görüntülərə yerli məşhurlar da səssiz qalmayıb. Onlar sosial şəbəkə hesablarında həmin görüntüləri paylaşaraq azyaşlı uşağa qarşı edilən bu amanasızlığı şiddətlə qınayıblar

BAKU.WS həmin məşhurların paylaşımlarını təqdim edir:

Əməkdar artist Könül Kərimova

"Ürəyim qısıld! Səni zəlil qalasan! Şikəst olasan! Əllərin qırılıb yanına düşsün inşallah! O uşaq başa düşmür axı sənin dediyini! Daş düşsün başına! Sənin o şəkil çəkməyin nə vacibdir axi? Yazıq uşaq çörəyini yemək istəyir. Qolların sınsın niyə qoymursan? Allah bəlanızı versin inşallah! Anasını da kor qalsın! Elə bagçaya, elə tərbiyəçiyə uşaq etibar edərlər? Bir baxın! Bu ifritəni tanıyan varsa lütfən mənə yazsın! Onu tapıb o qapazın yekəsini onun başına vuracam!".



Aparıcı Jalə Həsənli

"Tərbiyədən xəbəri olmayanı “tərbiyəçi” kimi işə götürəndə, nəticə belə olur. Bu nə tərbiyəsizlikdir? Bu nə özbaşınalıqdır? Səhifələrdə şərhləri oxuyuram, əksəriyyəti yazır ki, “üzr videosu gəlsin”. Gəlməsin! Onun üzürü, səhvini anlaması uşağa vurulan şilləni geri qaytarmayacaq. Ümid edirəm, bu qadının əməli cavabsız qalmayacaq və 25-30 saniyəlik üzr videosu ilə də canını qurtarmayacaq!



Əməkdar artist Abbas Bağırov

"Bu videoda gördüyünüz mələk üzlü uşaq, tərbiyəsiz və qanacaqsız “tərbiyəçi” tərəfindən amansızcasına vurulur! Bu uşağın yerində hər birimizin uşağı ola bilər! Belə insanları evdən çölə buraxmaq olmaz, nəinki tərbiyəçi işləsin haradasa!"



Aparıcı Zaur Baxşəliyev

"Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə baxçada tərbiyəçi olur? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun vədinə fasonuna bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun".



Şairə Nazilə Səfərli

"Bəlkə yanılıram. Mənzərədən təxmini anladım ki, bu körpənin valideyini bu tərbiyəçidən soruşub ki,uşaq yemək yeyir? Bu da valideyinə uşağın ağzında çorək şəkil atmaq istəyib ki, ayın axırında bəxşişi biraz çox alsın. Heç kimə sirr deyil ki, bir çox bağçalarda valideyinlər texniklərə, tərbiyəçilərə pul verirlər (rüşvət) vaxtı ilə mən də ayda 10 manat verirdim. Verməsəm narazılıq edirdilər. Yəqin indi bu məbləğ çoxalıb. Maraqlıdır bu videonu kim çəkib? Daha dəqiq bu əlləri qırılmışın torbasını kim tikib? Hələ dayanın görək bunun arxasından day-day qismində kim çıxacaq? Uşaq yazıq iştahla yemək yeyirdi. Səni zəlil qal tərbiyəçi! Yazığın başına necə vurdu, bunun evində heç baş bəzənməsin! Yazıq uşaq necə məyus baxır".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.