“Ukraynadakı gərginlikdən başlıca udan ABŞ-dır” - "Der Spiegel" qəzeti

13-02-2022, 09:33           
“Ukraynadakı gərginlikdən başlıca udan ABŞ-dır” -
Ukrayna sərhədində Rusiya ordusunun səfərbər edilməsi ABŞ-ın iqtisadi maraqlarına cavab verir. Avropa getdikcə daha çox sıxılmış ABŞ qazından asılı vəziyyətə düşür və bu səbəbdən okeanın o tayında sevincli atmosfer hökm sürür. Bu barədə Almaniyanın “Der Spiegel” qəzetinin şərhçisi İnes Tsyottel yazır.

2021-ci ilin dekabrında ABŞ dünyada sıxılmış qazın ən böyük ixracatçısına çevrilib. Hətta Qətər və Avstraliyanı ötüb keçib.

«Rystad Energy» şirkətinin qiymətləndirməsinə görə, noyabr-dekabr aylarında Avropaya tədarük 75 faiz artıb. Bunun nəticəsində avropalılar məhsulun ən böyük alıcılarına çevriliblər.

«Rystad Energy» şirkətinin ekspertlərinin fikrincə, sıxılmış qaza tələbat yaxın iki onillikdə bütün dünyada 98 faiz artacaq və Amerika belə inkişafın başlıca benefisiarı olacaq.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru