Qızları şillələyən kişi DANIŞDI:"Bu mənim hobbimdir"

13-02-2022, 10:32           
Qızları şillələyən kişi DANIŞDI:"Bu mənim hobbimdir"
Bakıda ictimai yerlərdə xanımlara qarşı xuliqanlıq əməlləri törədən şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

Teref.az Avtosfer.az-a istinadən xəbər verir ki, küçədə xanımlara qarşı xuliqanlıq edən 29 yaşlı Əhməd Yusifovun əməlindən zərərçəkənlərin daha çox olduğu bildirilir.

Belə ki, sözügedən video paylaşıldıqdan sonra çox sayda qadın Daxili İşlər Nazirliyinə zəng vuraraq həmin şəxsin şiddətinə məruz qaldıqlarını bildiriblər. İlkin məlumata görə, zərərçəkmişlərin sayı 10-15 nəfərdir. Zərərçəkən xanımların sayının artması istisna olunmur.

O da məlum olub ki, Ə. Hüseynov polisə verdiyi ilkin ifadəsində əməlindən peşman olduğunu bildirib. Amma buna baxmayaraq, o, qadınlara qarşı belə hərəkət etməsindən xoşlandığını dilə gətirib: "Bu mənim hobbimdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru