Tik Tok aludəçisi olan 84 yaşlı təqaüdçü qadın sosial şəbəkəni "partlatdı"...
13-02-2022, 12:53
Tik Tok- çu nənə, təqaüdçü Yaroslava Kozak 84 yaşında sosial şəbəkənin ulduzu olub.
Onun videoları ani olaraq yüz minlərlə baxış toplayır, istifadəçilər ona hətta xaricdən hədiyyələr göndərir.
Nənənin öz videobloqu var, onu ölümcül xəstəliyin öhdəsindən gəlməyə kömək etdiyi nəvəsi yaradıb, - TCH-in 9 fevral 2022-ci il süjetində deyilib.
84 yaşlı Yaroslava Nikolayevna istifadəçilərin göndərdiyi bağlamanı açır. O, Tik Tokun ulduzudur, lakin uşaq kimi şirniyyatlara və kitablara sevinir.
Onun ulduz həyatı bir ay əvvəl 4 milyondan artıq baxış toplayan videosundan başlayıb. Bu videoda nənə nəvəsinə sevdiyi konfetləri almaq üçün pul verir.
Videoda o, sadəcə, evdə var- gəl edir, iti ilə oynayır, kitab oxuyur, danışır, sanki burada qeyri-adi bir şey yoxdur. Lakin onun emosiyalarının səmimiliyi və dəyişməyən təbəssümü istifadəçilərin qəlbini fəth edib.
Yaroslavanı çəkib sosial şəbəkələrə nəvəsi Lilya yerləşdirir. Deyir ki, birinci videoçarxı yerləşdirəndə nənəsinin belə inanlmaz populyarlığını gözləməyib. Üstəlik, istifadəçilər qoca qadına hədiyyələr göndərməyə başlayıb.
İnsanların hamısının xeyirxah olmasına, dünyada, nəhayət, xeyirin qalib gəlməsinə Yaroslava Nikolayevnanın heç bir şübhəsi yoxdur.
Məhz bu inam nə zamansa onu xilas edib, - Lilya etiraf edib. Həkimlər ona ümidsiz, döş vəzinin xərçəngi diaqnozunu qoyub. Və onun hər şeydən əlləri üzülüb.
O, müalicəyə başlayıb, bir il 4 aydan sonra dayanıqlı remissiya baş verib.
Sağalmağına inama və həyat eşqinə görə Lilya məhz nənəsinə borcludur.
Bir dəfə o, düşünüb ki, bəlkə bu, başqa kiməsə kömək edə bilər. Beləliklə, nənəsinə videobloq yaratmaq ideyası meydana çıxıb.
Günəşə, maraqlı kitaba, yaxşı insana sevinmək, heç kimə qibtə etməmək, heç kimə pislik arzulamamaq-onun həyat kredosu bundan ibarətdir.
Öz videobloqunda Yaroslava Nikolayevna heç kimə məsləhətlər vermir, sadəcə, öz sevgisini bölüşür. Deyir ki, onun hər şeyi var, sanki, istəməyə daha heç nə yoxdur. Sonda isə etiraf edir: onun ən ülvi arzusu sevimli nəvəsinin toyunu görməkdir.
Tik Tok aludəçisi olan 84 yaşlı təqaüdçü qadın sosial şəbəkəni özünün səmimiyyəti ilə "partlatdı"
Tik Tok-çu nənə, təqaüdçü Yaroslava Kozak 84 yaşında sosial şəbəkənin ulduz oldu.
Onun videoları ani olaraq yüz minlərlə baxış toplayır, istifadəçilər ona hətta xaricdən hədiyyələr göndərir.
Nənənin öz bloqu var, onu ölümcül xəstəliyin öhdəsindən gəlməyə kömək etdiyi nəvəsi yaradıb, - TCH-in 9 fevral 2022-ci il süjetində deyilib.
84 yaşlı Yaroslava Nikolayevna istifadəçilərin gödərdiyi bağlamamı açır. O, Tik Tokun ulduzudur, lakin uşaq kimi şirniyyatlara və kitablara sevinir.
Onun ulduz həyatı bir ay əvvəl 4 milyondan artıq baxış toplayan videosundan başlayıb. Bu videoda nənə nəvəsinə sevdiyi konfetləri almaq üçün pul verir.
Videoda o, sadəcə, evdə var-gəl edir, iti ilə oynayır, kitab oxuyur, danışır, sanki burada qeyri-adi bir şey yoxdur. Lakin onun emosiyalarının səmimiliyi və dəyişməz təbəssümü istifadəçilərin qəlbini fəth edib.
Yaroslavanı şəkib sosial şəbəkələrə nəvəsi Lilya yerləşdirır. Deyir ki, birinci videoçarxı yerləşdirəndə nənəsinin belə inanlmaz populuarlığını gözləməyib. Üstəlik, istifadəçilər yaşlı qadına hədiyyələr göndərməyə başladılar.
İnsanların hamısının xeyirxah olmasına, dünyada, nəhayət, xeyirin qalib gəlməsinə Yaroslava Nikolayevnanın heç bir şübhəsi yoxdur.
Məhz bu inam nə zamansa onu xilas edib, - Lilya etiraf edib. Həkimlər ona ümidsiz, döş vəzinin xərçəngi diaqnozunu qoyublar. Və onun hər şeydən əlləri üzülüb.
O, müalicəyə başlayıb, bir il 4 aydan sonra dayanıqlı remissiya baş verib.
Sağalmağına inama və həyat eşqinə görə Lilya məhz nənəsinə borcludur. Bir dəfə o, düşünüb ki, bəlkə bu, başqa kiməsə kömək edə bilər. Beləliklə, nənəsinə videobloq yaratmaq ideyası meydana çıxıb.
Günəşə, maraqlı kitaba, yaxşı insana sevinmək, heç kimə qibtə etməmək, heç kimə pislik arzulamamaq- onun həyat kredosu bundan ibarətdir.