Azərbaycan vətəndaşlarının Ermənistanda mülkləri var - AZI 6 BELƏ FAKT AŞKARLANIB...

15-02-2022, 15:30           
Azərbaycan vətəndaşlarının Ermənistanda mülkləri var -
Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var.

Bu barədə Ermənistanın Kadastr Komitəsi "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib.

"2010-2021-ci illərdə Türkiyə vətəndaşları Ermənistanda daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib", - məlumatda deyilir.

Komitə Azərbaycan vətəndaşlarının 2012, 2018, 2019-cu illərdə mənzil aldığını iddia edir. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınıb.

Erməni KİV-ləri qeyd edir ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru