Quranı təhqir etməyin cəzası nədir? - “Ağırlaşdırıcı hal olduqda...”

16-02-2022, 00:02           
Quranı təhqir etməyin cəzası nədir? -
Pakistanın Pəncab əyalətində yerli sakinlər Qurana hörmətsizlik etdiyi deyilən orta yaşlı kişini öldürüblər.
Son vaxtlar müsəlman ölkələrində bu cür halların sayı artıb. Dini müstəvidə zorakılıq hallarının artması nə ilə bağlıdır? Quranıı təhqir etməyin cəzası nədir?

İlahiyyatçı Elşad Miri məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bu cür halların təəssüfləndirici olduğunu bildirib:

"Bu hadisələrin Allahın göndərdiyi dinə aidiyyatı yoxdur. İnsanlar özlərindən uydurduqları dinə İslam adını qoyub, sonrada inamı olmayan insanları belə linç edirlər.

Həmin şəxslərdə belə bir düşüncə var ki, əgər Allaha qarşı bu cür təhqiramiz ifadələr işlədilsə tövbə edilə bilər. Lakin Məhəmməd Peyğəmbərə, Qurana qarşı təhqiramiz ifadələr söylənsə, tövbə edə bilməzlər, həmin adam öldürülməlidir. Bu cür anlayışlar mövcuddur. Bu səbəbdən yanlış qərarlar verirlər.

Quranda Məhəmməd Peyğəmbər haqqında nə deyilir?

"Əgər sən sərt davransaydın o zaman hər kəs ətrafından qaçardı". Yəni bir insanın İslam dini ilə bağlı fərqli fikirdə olması qəbahət deyil.

Çünki Quran-i Kərimin KƏF surəsində Allah deyir ki, "İstəyən mənə iman gətirsin, istəməyən də küfr eləsin kafir olsun".Yəni Allah bizə bu seçimi verir. Bir insanın kafir olmaq, cəhənnəmi seçmək hüququ var. Bu onun seçimidir. Başqa bir ayədə isə belə deyilir:

"İstəyən şükür etsin, istəməyən naşükür olsun". Allah bu hüququ veribsə, insanların buna qarşı gəlmələrinin mənası varmı? Xeyr!".

Vəkil Əsabəli Mustafayev isə deyib ki, Azərbaycanda Quran dövlət tərəfindən mühafizə olunmur. Çünki din, dövlətdən ayrıdır: “Bu səbəbdən Quranın, dinin təhqir olunması cinayət məcəlləsinin maddələrinə salınmayıb. Çünki düşünürlər ki, xarici ölkələrdə olduğu kimi bizim ölkəmizdə də Quranın təhqir olunması, yandırılması kimi hadisələr baş verə bilməz. Əgər mümkün olsa Quranı təhqir edənlərlə bağlı cəza 283 maddəyə əlavə oluna bilər. Maddə belədir: Milli birlik, sosial, dini nifrət və düşmənçiliyin salınması.

Quranla bağlı məsələ bu maddəyə əlavə oluna bilər. Quranın təhqir olunması müsəlman dünyasının təhqir olunmasıdır. Burada isə bir neçə bənd var. Ağırlaşdırıcı hal olmadan bu cür hərəkətə görə şəxs 2-4 il müddətində həbs oluna bilər. Ağırlaşdırıcı halda isə onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir”.

Mehri QURBAN












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.