Üç günlük müharibənin dərslər : 2-5 aprel 2016 il

9-04-2016, 15:21           
Üç günlük müharibənin dərslər : 2-5 aprel 2016 il
2 apreldən 5-nə keçən gecə Azərbaycan Ordusu məhdud qüvvələrlə komandanlığın onların qarşısına qoyduğu vəzifələrini yerinə yetirdi. Vəzifələr isə ciddi idi. Əsas isə vaxt faktoru idi. Azərbaycan komandanlıqı siyası situasiyanı nəzərə alaraq məhdud vaxt kəsimi içində hərəkət etməli idi.
Əməliyyatda iştirak edən qüvvələr maksimum qısa müddətdə göstərilən plasdarmları tutmalı və düşmənə ağır zərbələr vurmalı, mümkün qədər düşmənə ağır itkilər verdirməli idi. Bütün buna cəmi üç gün vaxt ayrılmışdı. Fikrimizcə komandanlıq qarşısına qoyduğu məqsədinə çatdı. Maksimum qısa vaxtda rəsmi məlumtlara görə düşmən bizdən iki dəfə artıq canlı qüvvə və dəfələrlə artıq hərbi texinika itirdi. (14 tank onlardan bizdən 1, onların 17 artileriya qurğusu və 1 RSZO – bizdən 0 və bvizdən 1 helikopter)
Azərbaycanın mümnkün qələbəsini hiss edən düşmən qüvvələri öz müttəfiqlərinin köməyinə arxayın olsa belə ən böyük müttəfiqi Rusiyanın əlindən sadəcə Dağıstanda 1 briqada səviyyəsində təlimlərə başlamaq gəldi. Çünki Azərbaycanın apardığı əməliyyatlar beynəlxalq qanunları çərçivəsində idi və Rusiya heç bir bəhanə ilə özüdə tanıdığı Azərbaycanın sərhədləri içində öz torpaqlarında antiterror əməliyyatı aparmasına mane ola bilmədi.
Nəzərə alsaq ki, Azərbaycan Ordusu (AO) düzənlikdən hündürlüklərə hücum edir və düşmənin müdafiə xəttini yarırdı. Bu hündürlükləri 22 ildən artıqdır ki, erməni – rus hərbi mühəndisləri dəmir- beton müdafiə xəttinə çevirmişdilər.
Düşmən həqiqətən mühüm strateji hündürlükləri əldən verdi. Mümkün AO-nun böyük miqyaslı hücumu zamanı bu plaçdarmlar Ermənistan ordusunun DQ-da müdafiə xəttinin dağılmasında böyük rol oynayacağı şübhəsizdir.
Cəbhənin bu istiqamətində 20 ildən çox sürən düşmənin hündürlük üstünlüyü ləğv edildi və artıq bərabərlik yarandı. Deməli nisbətən sakit vaxtlarda itkilərimizdə azalacaq. Düşmən hündürlük üstünlüyündən istifadə edə blməyəcək.
Ən əsası isə 22 ildən çoxdur ki, ermənilərin yaşadığı “qalib sindromu” , özlərinin “əlahiddə” və “ məğlubedilməz” olduqları haqqında fikirlrəi puça çıxdı. Onlar bir dəqiqədə başa düşdülər ki, müharibə hər dəqiqə başlaya bilər və onlar məğlubiyyətə məhkumdurlar. Erməni içtimaiyytəi eyforiyyadan yüzlərlə oğullarının meyitləri ilə oyandı.
Azərbaycan əskər və zabitləri və azərbaycan içtimaiyyəti isə dədə -baba torpaqlarını verdiyi üçün 22 ildir yaşadığı “natamamlıq komleksi”ndən canını qurtardı. Deməli ermənilərin səngər və hündürlüklərin zəbt eləmək , erməni tank və raket zenit komplekslərini məhv etmək olar. Erməni əskər və zabitlərini onlarla, yüzlərlə öldürmək olar. Bəli biz onlardan güclüyük, biz onlardan mətinik. Biz bu mətləblərə gəlmək üçün 22 il gözləməli olduq. Bəli bizim ordumuz bu əminliyi millətə qaytardı . Artıq heç kim, hətta ən pessimistimiz belə başqa fikir yürüdə bilməz. Ordumuz öz döyüş qabiliyyətini göstərdi. Bunun üçün sadəcə ələ keçirtdiyimiz Lələ-təpədən köhnə pozisiyalarımıza qədər olan 2 km səngərlər və beton pulemyot sığınacaqları ilə dolu olan bvir məsafəyə baxmaq bəs edər. Bu artıq bəzilərinin dediyi kimi 200- 300 metrə deyil.
Düşmənlərimizin nə deməyindən asılı olmayaraq bu Azərbaycan Ordusunun vacib, millətə, dövlətə lazım olan qələbəsidir.
Böyük Qələbədə dağların arxasında deyil və biz onuda görəcəyik.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.