Cəmiyətimizin diqqəti cəbhədə və fəallaşmış danışıqlar prosesindədir.

9-04-2016, 15:29           
Cəmiyətimizin diqqəti cəbhədə və fəallaşmış danışıqlar prosesindədir.
teref.az - Cəmiyətimizin diqqəti cəbhədə və fəallaşmış danışıqlar prosesindədir.
Gedən prosesləri doğru görmək və anlamaq üçün əvvəlcə müharibənin elmi təsvirini bilməliyik.
Müharibə- siyasi-diplomatik, iqtisadi, informasiya və silahlı mübarizə qollarından ibarət mürəkkəb, qarşılıqlı təsirli, dəyişkən qarşıdurma prosesidir.
“Müharibə” kimi, adətən, anladığımız silahlı mübarizə, bu prosesin digər qollarından ən çox asılı, onlara işləyən, bəzən həlledici halqasıdır.
Müharibədə qalib gəlmək üçün bu qollar son dərəcə praqmatik və uzlaşdırılmış şəkildə, vahid strategiya əsasında işləməlidir.
Müharibənin müxtəlif dövrlərində qollardan biri yaxud bir neçəsi ilk plana çıxa bilər.
Uzun illərdi Ermənistan- Azərbaycan müharibəsində iqtisadi, informasiya və siyasi-diplomatik qollar ön plandadır. Bu illərdə əsasən müşahidə etdiyimiz siyasi-diplomatik mübarizə “paket” və “mərhələli” kimi tanıdığımız iki əsas həll variantı üzərində dayanmışdı. Danışıqlar prosesin müxtəlif dövrlərində tərəflər hər iki varianta "yanaşma prinsipi" kimi razılaşıblar. Bunların məzmunu barədə kifayət qədər məlumat olduğuna görə açıqlamağa ehtiyac görmürəm. Danışıqların predmeti “paket” yaxud “mərhələli” həll və onların konkret məzmunu yox, Qarabağın statusudur.
Qarabağın statusu məsələsində Azərbaycan öz (hətta formal olaraq) ərazi bütövlüyü çərçivəsində güzəştə getməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Ermənistanın qondarma “DQR”ə tam müstəqillikdən başqa heç bir statusa razı olmaması səbəbilə məsələ həllini tapmamışdı və tapmayacaq çünki Ermənistan öz mövqeyindən xoşluqla imtina etməyəcək. Azərbaycan isə heç vaxt heç bir şəraitdə Qarabağdan imtina etməyəcək.
Beləliklə, son günlər fəallaşmış diplomatik danışıqlar 22 il ərzində olduğu kimi məsələnin həllinə təsir göstərməyəcək. Hazırda müşahidə etdiyimiz diplomatik fəallaşmanın mahiyəti münaqişə tərəflərinin və maraqlı dünya və region oyunçularının mövqelərinin və taktikalarının son silahlı toqquşmanın nəticələri yaratdığı yeni şəraitə uyğunlaşdırmasındadır.
Məsələnin hərbi həlli olmadığını deyən böyük dövlətlər gözəl anlayırlar ki, məsələnin dirəndiyi dalandan onu yalnız hərbi yolla çıxardıb, daha sonra siyasi yolla tənzimləmək mümkündür. Bunun isə baş verməsi yalnız zaman məsələsidir.
Nazim Bayram- TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.