MTN polkovniki həbsxanada niyə özünə qəsd etdi? - SİRRİN ÜSTÜ AÇILIR

13-04-2016, 01:48           
MTN polkovniki həbsxanada niyə özünə qəsd etdi? - SİRRİN ÜSTÜ AÇILIR
General Elçin Quliyev İlqar Əliyevə xəbər göndəribmiş: «ÖZÜNÜ AS, YOXSA…!»

Ötən ilin oktyabrında MTN ətrafında baş verən olaylar özünün müəmmalı tərəfləri ilə hələ də diqqəti çəkməkdədir. Keçmiş nazir Eldar Mahmudovun başının dəstəsinin çıxardığı oyunlar, törətdiyi cinayətlərin sayı-hesabı yox idi. İstintaq Qrupu onların bir neçəsini həbs etsə də, işdə əsa sadı keçən Mahmudov isə hələ də azadlıqdadır.

TEREF.İNFO yazır ki, Politika.Az-ın verdiyi xəbərə görə, MTN işi ilə əlaqədar olaraq aparılan istintaqla bağlı məlumatlar həddindən artıq az verilir. Lakin kənardan gələn xəbərlər və sonradan təsdiqini tapmış olaylar fonunda bir sıra mətləblərin üzəri açılır və nələrin baş verdiyi aydınlaşır.

Qeyd edək ki, MTN ətrafında cərəyan edən prosesin əsas səbəbi Eldar Mahmudov və komandasının hakimiyyət dairələrinin nümayəndələrini dinləməsiydi. Tamam təsadüf nəticəsində üstü açılan məsələdən sonra dövlət başçısının qəzəblənməsi işi bu nazirliyin ləğv edilməsinə qədər aparıb çıxardı.

teref.az yazır ki, Politika.Az-ın verdiyi xəbərə görə, indiyə qədər bir neçə MTN genenralı həbs olunub. Bundan başqa, ondan artıq MTN işçisi də həbsdədir. Amma bu həbs olunanlar içində biri də var idi ki, bir müddət əvvəl həbsxanadakı kamerasında intihar etdi. Müəmmalı şəkildə özünə qəsd edən MTN polkovniki, Anti Terror Mərkəzinin rəis müavini İlqar Əliyevin niyə belə bir addım atmasının səbəbləri son günlərə qədər məlum deyildi. Amma artıq sirr pərdəsinin üzəri açılmağa başlayıb.

İlqar Əliyevin özünə qəsd etməsinin səbəbi, daha doğrusu, səbəbkarı var imiş. Məlumatda deyilir ki, həbs olunan ərəfədə sabiq rəis müavini istintaqa çox maraqlı ifadələr verib. Həmin ifadələrdə məmurların dinlənilməsi məsələsinin onluq iş olmadığını, bu tapşırığın ona Anti Terror Mərkəzinin rəisi, general Elçin Quliyev tərəfindən verildiyini vurğulayıb. Bundan başqa, dinləmələr və digər cinayətlərin həyata keçirilməsində general Quliyevin xüsusi fəallığı və tapşırıqlarının olduğunu da istintaqa etiraf edib. Buna görə də, bütün məsuliyyətin onun üzərində olduğunu vurğulayıb.

Məlumatlı mənbə bildirir ki, İlqar Əliyevin istintaqa ifadələr verdiyi və orada adının çəkildiyindən xəbər tutan Elçin Quliyev tez bir zamanda həbsxanada keçmiş polkovniklə əlaqə qurur. Ona xəbər göndərir ki, belə şeylər danışmasın. Hətta ona tövsiyyə edib ki, əgər onu istintaqda sıxırlarsa, sirr vermədən özünə qəsd etsin. İntihar edəcəyi təqdirdə onun ailəsinə bütün yardımların ediləcəyini də vəd verən Elçin Quliyev, başqa variantda digər problemlərlə üzləşəcəyi barədə xəbərdarlıq etməkdən də çəkinməyib.

Bu «digər problemlər» məsələsinin isə «iki başı» ola bilər. Politika.Az-a verilən məlumata görə, Elçin Quliyev «digər problem» dedikdə ilk olaraq İlqar Əliyev üçün həbsxanada daha ağır şərtlərin yaradılmasını təmin edə bilərdi. Çünki həmin vaxt o, hələ MTN-də baş idarə rəisiydi və yetərli qədər imkanlara malik idi.

İkinci versiya isə budur ki, Elçin Quliyev danışacağı, onun əleyhinə ifadə verəcəyi təqdirdə İlqar Əliyevin ailəsinə problem yarada bilərdi. Böyük ehtimalla İlqar Əliyev də bu təhdidlərin qarşısında duruş gətirə bilməyib və özünü asmaqdan başqa çıxış yolu görməyib. Çünki hər iki halda onun və ailə üzvləri üçün yetərli qədər ağır durum yarana biləcəyi şübhəsiz idi.

Elçin Quliyev bir məqamı yaddan çıxarıb. Belə ki, MTN generalı İlqar Əliyev özünü asıb, öldürdükdən sonra hər şeyin bitəcəyini düşünüb. Lakin unudub ki, keçmiş MTN polkovniki ölümündən əvvəl istintaqa yetərli qədər ifadə verib və proses dönəmində bu ifadələr Elçin Quliyevin əleyhinə işləyəcək.

Məlumatlardan belə anlaşılır ki, İlqar Əliyevin özünə qəsd etməsində Elçin Quliyevin rolu az olmayıb. Bu sabiq polkovnikin iradəsinin zəifliyi ilə yanaşı, ona edilən təhdiddən dolayı da atıla biləcək addımdır. Ona görə də, keçmiş polkovnikin ölümündə bu versiyanın da araşdırılmasının zəruriliyi ortaya çıxıb. İstintaq hansı addımı atacaq, o hələlik bəlli deyil.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.