Psixiatr COVID-19-dan sonra yaranan əsas şikayətləri açıqlayıb

21-04-2022, 10:37           
Psixiatr COVID-19-dan sonra yaranan əsas şikayətləri açıqlayıb
Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatrı Georgi Kostyuk koronavirusdan sonra xəstələrin ən çox nədən şikayətləndikləri barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, xəstələrin əksəriyyəti iş qabiliyyətinin azalması, yaddaşın pisləşməsi və düşüncə aydınlığının pozulmasından şikayət edir. Bu vəziyyət artıq “covid dumanı” adını alıb.

“Koronavirus infeksiyasına qalib gəlindiyi hallarda belə, sağlamlığın tam bərpası çətin başa gəlir və bəzi hallarda sağaldıqdan sonra da nəticələr narahat edir”, – deyə psixiatr qeyd edib.

Bu təsirlərin konkret davametmə müddəti ilə bağlı məlumat verməyən Kostyuk qeyd edib ki, bu əlamətlər ağır pnevmoniya və ya digər virus xəstəliklərindən sonra sağalan insanlarda olduğundan daha uzun müddət davam edə bilir.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru