“Barışmağa razı sala bilmədiyim üçün öldürdüm” - Arvadını parkda güllələyən Elvin

23-04-2022, 00:07           
“Barışmağa razı sala bilmədiyim üçün öldürdüm” -
Xəbər verdiyimiz kimi, Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşını öldürən Elvin Umayevin polis idarəsində verdiyi ifadəsi yayılıb.

“Həyat yoldaşım boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Uşaqlarımızı da mənə göstərmirdi. Onunla görüşüb danışmaq istəyirdim. Parkda görüşəndə barışmaq istəyimi bildirdim. O isə mənə mənfi cavab verdi. Onu barışmağa razı sala bilmədiyim üçün öldürdüm”, - E.Umayev ifadəsində bildirib.

Qeyd edək ki, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin belindən çıxardığı tapança ilə Turanənin başına atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Arvadını öldürən kişi polisə təslim olub.

Məlumata görə, E.Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru