Rusiya Qərbə neft satmağın yeni yolunu tapıb

23-04-2022, 10:53           
Rusiya Qərbə neft satmağın yeni yolunu tapıb
Rusiya limanlarından neftin ənənəvi olaraq əsas alıcıları olan Aİ ölkələrinə ixracı aprel ayında gündəlik orta hesabla 1,6 milyon barelə yüksəlib, martda isə bu göstərici 1,3 milyon barel olub. Bu məlumatlar “TankerTrackers.com”da öz əksini tapıb. Oxşar rəqəmlər “Kpler” analitik şirkətinin məlumatlarında da görülür – neft ixracı martın ortalarında 1 milyon barellə müqayisədə apreldə gündəlik 1,3 milyon barel olub.

Ehtimal olunur ki, söhbət neftin mənşəyini gizlədə biləcək şərtlərlə qeyri-şəffaf bazarın formalaşmasından gedə bilər. Prezident Vladimir Putinin elan etdiyi müharibə əməliyyatının başlamasından sonra Qərb tacirləri Rusiya ilə ticarət apararkən reputasiyalarını riskə atmaqdan ehtiyat edirlər.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru