9 may - Qələbə bayramı ya Xatirə günü kimi anaq?
24-04-2022, 08:05
Qarşıdan yenə saxta 9 may "qələbə bayramı" gəlir.
İtaliya, Almaniya, Yaponiya nasist bloku ittifaqı imzalayıb dünya savaşına başlayır. SSRİ-də adı çəkilən Nasist ittifaqa dost olduğunu bildirib əllərini sıxıb, onlara qoşualarq qan tökür. Yarı yolda araları dəyir, SSRİ olur yaxşı oğlan keçir əks tərəfə.
Necə bugün Qərb yardımı ilə Ukrayna qalib gəlir, onda da ABŞ və Britaniya silahı, nefti, ərzağı, tumanı hesabına Sovetlər birliyi işğal olmaqdan qurtulur. Qələbə yazmıram, işğal olmaqdan qurtulur. Qələbəni Antihitler koalisiyasına üzv 55 ölkə çalıb.
Bu bayram dünyanın heç bir ölkəsində qələbə günü kimi keçirilmir. Uzağı 8 may və ya 2 sentyabrda Avropa, Asiya, Amerikada hansısa ölkə rəhbəri memorial qarşısına gül qoyub, gedib işi ilə məşğul olar. Çünki hər kəs düşünür ki, olan olub, keçən keçib. Bugün qələbə bayramı kimi yox, həyatını itirən insanların xatirəsi kimi yad edilməlidir.
Bir Rusiya qalıb ki, təmtəraq, paradla bu mənasız bayramı keçirmək o tərəfə, qonşularını da məcbur edir ki, siz də qeyd edin! Bu yol ilə qonşulara Sovetlər birliyini, Moskva rəhbərliyini xatırladır. Bilmirəm bilirsiz ya yox, yollarda sizə paylanılan Georgi lentinin nemesə, sovetə heç bir dəxli yoxdur, Yekaterina tərəfindən təsis olunmuş "böyük-rus" şovinist simvoludur.
Azərbaycan bu bayramı niyə keçirməlidir? Dünya savaşında iştirak etmək bizim azad seçimimiz olmayıb axı. Nasistlərdən 3 dəfə çox qan tökən, daha çox soyqırımlara imza atan, daha qəddar bir idealogiyanın altında məcburi döyüşmüşük. Azərbaycanı 1980-ci illərə qədər parça-parça kəsib bugünkü Ermənistana verən, Qarabağ minasını basdıran rejim tərkibində döyüşmüşük.
Orxan Vəliyev
Teref.az