Salmonella bakteriyası nədir və necə ötürülür?

24-04-2022, 08:31           
Salmonella bakteriyası nədir və necə ötürülür?
Salmonella bakteriyası səbəbilə hər il dünyada yüzlərlə insan dünyasını dəyişir. Qida mənşəli bakteriya növü olan bu bakteriya bir müddət əvvəl "Kinder" markalı məhsullarda aşkar edilib.

Teleqraf.com xəbər verir ki, salmonella bakteriyası insanlar arasında virusla səhv salınsa da, fərqləri var. Bu bakteriyanın virusla yeganə ortaq cəhəti bədəndə xəstəliklərə səbəb olmasıdır. Sözügedən bakteriya insan orqanizmində müxtəlif qida zəhərlənmələrinə yol aça bilir. Bakteriyanın adı Amerikalı patoloq 0 Elmen Salmondan götürülüb. Lakin bakteriyanı aşkarlayan şəxs Zobal Smithdir.

Salmonella bakteriyası bəzi illərdə tək-tək hallarda, bəzi illərdə isə kütləvi şəkildə insanlar arasında yayılıb. Qidalarla yanaşı, su vasitəsilə də insan orqanizminə yayılır.
Bakteriya tam bişməmiş ət və süd məhsulları, xlorlanmamış su, təmizlənmədən istehlak edilən meyvə-tərəvəz, hin heyvanları ilə təmas edildikdə bədənə yayılır.

Bakteriya heyvanlardan insana keçməklə yanaşı, insandan da insana keçə bilir. Bakteriya 12-72 saat ərzində hərarət, ishal, qusma, ürək bulantısı kimi əlamətlərlə bədəndə öz təsirini göstərir. Bu hal 4-7 gün aralığında davam edir.
Xəstəliyin müalicəsi zamanı əsasən antibiotiklərdən istifadə olunur, bol maye qəbulu tövsiyə edilir.
Hər il xəstəliyə yoluxan 26 000 şəxsdən 400 nəfər dünyasını dəyişir.

Müəllif: Aysel Azad












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.